Böyük Britaniya investorlarının çoxu xərcləri barədə məlumatlı deyil
Böyük Britaniyada milyonlarla investor investisiya xərclərini düzgün başa düşmür. Maliyyə Nəzarət İdarəsinin araşdırmasına görə, investisiya platformalarından məsləhətsiz istifadə edənlərin təxminən üçdə biri ödənişləri bilməyir.
Böyük Britaniyada milyonlarla investor illərdir maliyyə xərclərinin şəffaflığını artırmağa yönəldilmiş qaydalar olmasına baxmayaraq, ödədikləri haqq barədə dəqiq məlumat əldə etməkdə çətinlik çəkir.
Maliyyə Nəzarət İdarəsinin (FCA) təhlili göstərib ki, investisiya platformalarından maliyyə məsləhəti almadan istifadə edənlərin təxminən 30 faizi ödənişlərin nə qədər olduğunu bilmir.
Həmçinin, satışdan əvvəl təqdim olunan investisiya sənədlərinin əksər istehlakçılar üçün çətin başa düşüldüyü məlum olub. 132 sənədin oxunaqlılıq səviyyəsini qiymətləndirən FCA yalnız 6 faizinin sadə ingiliscə yazıldığını və bütün sənədlərin orta məktəb sertifikatı səviyyəsindən daha yüksək oxu biliyi tələb etdiyini müəyyən edib.
Son illərdə ucuz xidmət göstərən təminatçıların sayı artıb, lakin müdafiəçilər bunun kifayət etmədiyini bildirirlər.
Bu nəticələr fonunda FCA investisiya sənədlərini sadələşdirməyə və istehlakçıların xərcləri müqayisə etməsini asanlaşdırmağa çağırır.
Müdafiəçilər şəffaflığın az olması səbəbindən bir çox insanların uzunmüddətli gəlirlərdən çəkilən xərcləri az qiymətləndirdiyini vurğulayırlar.
"SCM Direct" investisiya meneceri və həmtəsisçi Cina Miller bildirib: “İnvestorların ödənişləri görünməməsi artıq on ildir davam edir və bu utancdır. Bu sadəcə mürəkkəblik deyil – bu, seçimin nəticəsidir.”
O, FCA-nın qida etiketləri kimi standart bir nişanı tətbiq etməsini təklif edir ki, istehlakçılar pul qoymazdan əvvəl investisiya xərclərini daha rahat müqayisə edə bilsinlər.
Xərclərin uzun müddət ərzində təsiri əhəmiyyətli ola bilər, çünki ödənişlər hər il tutulduğu üçün tərkib böyüməsindən əldə edilən məbləğ azalır.
"SCM Direct" hesab edir ki, 5 faiz illik gəlir gətirən və 50 min funt sterlinq investisiya edən şəxs xərclər olmasa, 10 ildən sonra sərvəti təxminən 81.400 funt sterlinq olar. Lakin tipik 2 faiz illik ümumi xərc nəzərə alınarsa, sərvət 67.200 funt sterlinqə enir – təxminən 14.000 fərq yaradır.
İnvestisiya sənayesi isə bunun əksəriyyətin ödədiyi orta xərc olmadığını bildirir.
"SCM" qeyd edir ki, investorlar ümumiyyətlə 1 faiz səviyyəsində idarəçilik haqqına diqqət yetirirlər, ancaq əlavə xərclər – fondun daxili xərcləri, əməliyyat haqları və platforma ödənişləri – ümumi illik xərci təxminən 2 faizə çatdırır.
Investisiya şirkətlərinin Assosasiyasının kommunikasiya direktoru Annabel Brodi-Smit FCA-nın təkliflərini alqışlayıb.
O bildirib: “FCA-nın təkliflərini alqışlayırıq. Bu, istehlakçılar və investisiya şirkətləri üçün böyük qazancdır. İstehlakçılar daha faydalı xərclər barədə məlumatlar əldə edərək daha düzgün qərarlar verə biləcəklər.”
Zənginlik meneceri "Quilter" şirkətinin təklif direktoru Sam Kristofer şəffaflığın on il içində "Retail Distribution Review" və FCA-nın "Consumer Duty" qaydaları kimi islahatlardan sonra xeyli yaxşılaşdığını söyləyib.
O deyib: “Əsas məqsəd istehlakçıların qiymət və dəyər haqqında məlumatlı qərarlar verməsini təmin etməkdir.”
FCA investisiya açıqlamalarını sadələşdirmək, dilin daha aydın olması və xərclərin daha ardıcıl təqdim olunması barədə məsləhətləşmələr aparır ki, bu da istehlakçılara investisiyanın əsl xərcini daha yaxşı başa düşməyə kömək edəcək.
The İndependent
Millions of UK investors in the dark about how much they pay in fees
Orijinal məqaləyə keç
