Windows Update nasaz sürücüləri avtomatik bərpa edəcək
Microsoft Windows 11-də problemli sürücüləri avtomatik bərpa etmək üçün yeni funksiya hazırlayır. Bu yenilik Windows Update təcrübəsini daha rahat və az qıcıqverici etməyi hədəfləyir.
Microsoft Windows 11 əməliyyat sistemini təkmilləşdirmək üzərində işləyir və bu işlərin bir hissəsi kimi Windows Update funksiyasını daha az narahatedici etmək istəyir. Tezliklə istifadəçilər yeniləmələri istədikləri qədər dayandıra biləcəklər. Bundan əlavə, şirkət Windows Update vasitəsilə quraşdırılan problemli sürücüləri avtomatik olaraq əvvəlki işlək versiyasına qaytaracaq yeni funksiya əlavə edir.
“Cloud-Initiated Driver Recovery” adlanan bu funksiya, PC-də quraşdırılmış problemli sürücünü bulud vasitəsilə əvvəlki işlək sürücü ilə əvəz edə bilir. İndiyə qədər Windows 11 istifadəçiləri sürücünü əl ilə geri qaytarmalı, yaxud avadanlıq istehsalçıları bu problemi aradan qaldırmaq üçün yeni sürücü yayımlamalı idi. Bu yeni funksiya həmin prosesi tam avtomatik etmək məqsədi daşıyır.
Microsoft-un baş proqram meneceri Garrett Düşen izah edir ki, "Sürcü keyfiyyəti ilə bağlı problemlər müəyyən olunanda, Microsoft artıq buluddan bərpa əməliyyatını başlada bilir və problemli sürücünü istifadəçinin və ya avadanlıq istehsalçısının müdaxiləsi olmadan əvəz edir."
Hazırda bu yenilik Microsoft-un aparat tərəfdaşları ilə sınaqdan keçirilir və sentyabr ayında mərhələli şəkildə istifadəyə veriləcək. Microsoft həmçinin Windows yeniləmələrini istifadəçi üçün daha az narahatedici etmək məqsədilə yeniləmələri dayandırma müddətini istənilən sayda uzatmaq, cihazın ilkin quraşdırılması zamanı yeniləmələri keçmək və gözləyən yeniləmə mövcud olduqda kompüteri yenidən başlatmaq və ya söndürmək imkanlarını əlavə edir.
The Verge
Windows Update will soon automatically roll back faulty drivers
Orijinal məqaləyə keç


