Netflix reklam bazarını genişləndirir
Netflix reklamlı abunə növünün izləyici sayı son iki ildə iki dəfə artıb və artıq ayda 250 milyondan çox insana çatır. Platforma reklamları mobil tətbiqdə yeni video lentə və podkastlarda da yayımlamağa başlayacaq.
Netflix reklam dəstəkli abunə növünün izləyici sayı ikinci il ardıcıl olaraq iki dəfədən çox artıb. 2026-cı ilin təqdimatında şirkət bildirib ki, ayda 8.99 dollar olan bu plan artıq dünya üzrə 250 milyondan çox istifadəçiyə xidmət göstərir ki, bu da ötən il açıqlanan 94 milyon istifadəçidən böyük sıçrayışdır.
2025-ci ildə Netflix reklam gəlirlərindən 1,5 milyard dollar qazanıb və xidmət daxilində reklamların yerləşdirilməsi üçün yeni sahələr tapır. Gələn ildən başlayaraq, Netflix reklamları mobil tətbiqdə istifadəçilərin baxış zolağında göstərməyə başlayacaq, həmçinin ötən il əlavə etdiyi podkastlar siyahısında da reklam yayacaq.
Netflix 2022-ci ildə reklam dəstəkli "Basic" planını istifadəyə verib və o vaxtdan bu abunə sayına görə genişlənməklə yanaşı, qiymətində də artım olub. Xidmətin «Basic» planının qiyməti əvvəlki 6.99 dollar səviyyəsindən 2 dollar artaraq hazırda 8.99 dollardır. Bu həftə Texasın Baş prokuroru Ken PAKSTON Netflix-in reklam dəstəkli planına qarşı iddia qaldıraraq şirkətin istifadəçiləri reklam üçün topladığı məlumatlarla bağlı yanlış məlumat verdiyini bildirir.
Netflix reklam dəstəkli abunə növünü Avstriya, Belçika, Kolumbiya, Danimarka, İndoneziya, İrlandiya, Niderland, Yeni Zelandiya, Norveç, Peru, Filippin, Polşa, İsveç, İsveçrə və Tayland daxil olmaqla 15 yeni ölkəyə də genişləndirir. Bundan başqa, şirkət istifadəçilərin baxış vərdişlərinə uyğun reklamları fərdiləşdirən yeni aləti sınaqdan keçirir.



