Əminə Ərdoğan Kraliça Matilda ilə görüşdü
Türkiyənin birinci xanımı Əminə Ərdoğan "İqtisadi Missiya" çərçivəsində Türkiyəyə səfər edən Belçika Kraliçası Matilda (Mathilde) ilə İstanbulda bir araya gəldi. Dolmabahçe Sarayında baş tutan görüşdə tərəflər sərgi gəzintisinə çıxdılar və mədəni irs haqqında məlumat aldılar.
Əminə Ərdoğan "İqtisadi Missiya" çərçivəsində Türkiyəyə səfər edən Belçika Kraliçası Matilda (Mathilde) ilə Dolmabahçe Sarayının Müzakirə Salonunun girişində görüşdü. Bir-birini qucaqlayaraq salamlaşan və söhbət edən Əminə Ərdoğan ilə Kraliça Matilda sarayın kristal pilləkənləri qarşısında şəkil çəkdirib Medhal Salonuna keçdilər.
Əminə Ərdoğan daha sonra Kraliça Matilda ilə "Olgunlaşma Enstitüsü" tərəfindən təşkil edilən, keçmişdən miras qalan Türk mədəni irsini gələcəyi inşa edən dinamik bir təməl daşı kimi yenidən təyin edən "Əsrlik Zəriflik" sərgisini gəzdi.
Ərdoğan və Matilda Türkiyənin mədəni irsini təşkil edən ənənəvi bədii zənginliyi toxuculuq dəzgahı vasitəsilə əks etdirməyi hədəfləyən sərgidəki məhsulları incələyərək məlumat aldılar.
Səfər zamanı Əminə Ərdoğan Belçika Kraliçası Matildaya "Olgunlaşma Enstitüsü" müəllimləri tərəfindən iynə oyma və sarma texnikası istifadə edilərək bir həftəyə hazırlanan hanımeli, qasımpatı və lalə fiqurlarından ibarət broş hədiyyə etdi.
Əminə Ərdoğan ilə Matilda Dolmabahçe Sarayında Özgür Masurun imzasını daşıyan "Anatolia" adlı kolleksiyada yer alan geyimləri də incələdilər.
Anadoludakı qadın institutlarında aparılan 3 illik araşdırma prosesindən sonra hazırlanan 100 parçalıq kolleksiyada Anadolunun özünəməxsus istehsal texnikaları və parçaları müasir dizaynlarla yenidən şərh edilərkən, sözügedən geyimlər Əminə Ərdoğan ilə Matildanın bəyənisinə təqdim edildi.
**Sosial Media Paylaşımı**
Əminə Ərdoğan səfərlə bağlı sosial media hesabından etdiyi paylaşımda, "Ölkəmizdə qonaq etdiyimiz Belçika Kraliçası Matilda ilə İstanbulda bir araya gəlməkdən məmnun oldum. Bu qiymətli görüşün ölkələrimiz arasındakı qəlb birliyini daha da gücləndirməsini arzu edirəm" ifadələrini işlətdi.



