İngiltərə Mərkəzi Bankı stabilcoinlərlə bağlı tələbləri yumşaltmağa hazırdır
İngiltərə Mərkəzi Bankı stabilcoin sahiblərinə tətbiq olunan məhdudiyyətlərin 'çox konservativ' olduğunu qəbul edib. Mərkəzi bank stabilcoinlərin dəstəklənməsi üçün qoyulan depozit tələblərini də azaltmağa hazırdır.
İngiltərə Mərkəzi Bankı (İMB) stabilcoinlərlə bağlı təklif olunan məhdudiyyətləri yumşaltmağa hazırlaşır. Bu, rəqəmsal aktiv sənayesindən gələn təzyiqlər fonunda baş verir.
İMB-nin maliyyə stabilliyi üzrə müavini Sara Bridən Financial Times qəzetinə verdiyi açıqlamada, stabilcoinlər üzrə fiziki şəxslərin hər valyuta üçün maksimum 20 000 funt sterlinq həddinə məhdudiyyətin "çox konservativ" ola biləcəyini bildirib. O, tənzimləyicilərin stabilcoinlərlə bağlı riskləri idarə etməyin fərqli yollarını araşdırdığını qeyd edib.
Stabilcoinlər adətən ABŞ dolları kimi ənənəvi valyutalara bağlı kriptovalyutalardır və rəqəmsal aktivlərin əsas seqmenti kimi hesab edilir. Onların bazarda qəbulunu artıran əsas amillərdən biri də bəzi ölkələrdə normativ bazanın formalaşmasıdır.
İMB-nin təklif etdiyi məhdudiyyətlər Böyük Britaniyanın rəqəmsal iqtisadiyyatda rəqabət qabiliyyətini zəiflədə bilərdi, bu səbəbdən sənaye nümayəndələri tərəfindən tənqid olunub. Mərkəzi bank isə bu məhdudiyyətlərin müvəqqəti olduğunu bildirir.
Sarə Bridən bildirib ki, sənayeden gələn rəy tələblərin əməliyyat baxımından mürəkkəb olduğunu göstərib, buna görə də alternativ həll yolları axtarılır.
Bundan əlavə, İMB stabilcoinlərin dəstəklənməsi üçün ən azı 40%-nin faizsiz mərkəzi bank depozitində saxlanılması və 60%-nin qısa müddətli dövlət borc kağızlarına yönəldilməsi tələblərini də azaldmağa hazırdır. Bu göstəricilər ABŞ kimi digər bazarlara nisbətən sərt hesab olunurdu.
İMB müavini qeyd edib ki, sənaye daha çox faiz gəliri gətirən aktivlərin saxlanmasını üstün tutur və bu mövzu mərkəzi bank üçün əhəmiyyətli siqnaldır.
"Coinbase" şirkətinin Avropa üzrə siyasət rəhbəri Keyti Haris açıqlamasında bildirib ki, İMB-nin bu mövqeyi stabilcoinlərlə bağlı təklifləri nəzərdən keçirməyə hazır olduğunu göstərir. O, əlavə edib ki, stabilcoinlərlə bağlı məhdudiyyətlərin yeniliyin qarşısını almaq və İngiltərənin rəqabət qabiliyyətinə ciddi risklər yaratmaq kimi nəticələri ola bilər.
Hazırda İMB-nin bu məsələyə dair rəsmi mövqeyi gözlənilir.
CoinDesk
Bank of England ready to water down 'overly conservative' stablecoin proposals: FT
Orijinal məqaləyə keç

