İran müharibəsi qlobal borc böhranını dərinləşdirə bilər
Əsas iqtisadiyyatlarda borclanma xərcləri son 20 ilin ən yüksək səviyyəsinə çatıb. Beynəlxalq Valyuta Fondu qlobal borcun İkinci Dünya müharibəsi dövrü səviyyəsinə yaxınlaşa biləcəyini ehtimal edir.
Əsas iqtisadiyyatlarda borc götürmə xərcləri son iki onillikdə ən yüksək səviyyəyə çatıb.
İnvestorlar dövlət borclarından uzaq durur və daha yüksək gəlir tələb edirlər.
Onlar narahatdırlar ki, İran müharibəsi neft qiymətlərini və inflyasiyanı yüksək saxlaya bilər.
Beynəlxalq Valyuta Fondu xəbərdarlıq edir ki, qlobal borc İkinci Dünya Müharibəsi səviyyələrinə çata bilər.
Bütün bunların mərkəzində ABŞ durur, çünki o, dünya üzrə borc götürmə xərclərini əsasən müəyyən edir.
Bu, ipoteka kreditlərinin və avtomobil kredilərinin artması, daha baha kreditlər, eləcə də biznes xərclərinin artaraq istehlakçılara ötürülməsi deməkdir.
Dollarla borc götürən inkişaf etməkdə olan ölkələr üçün isə bu, artıq gərgin olan büdcələrə əlavə təzyiq yaradır.



