Belçika Kraliçəsi Matilda Türkiyədə “Baykar” şirkətini ziyarət edib
Belçika Kraliçəsi Matilda (Mathilde) rəhbərliyindəki heyət Belçika İqtisadi Missiyası çərçivəsində Türkiyəyə səfər edərək “Baykar”ın Özdemir Bayraktar Milli Texnologiya Mərkəzini ziyarət edib. Kraliçə “Baykar”ın inkişaf etdirdiyi pilotsuz uçuş aparatları haqqında məlumat alıb və əməkdaşlıq imkanlarını müzakirə edib.
Belçika İqtisadi Missiyası çərçivəsində Türkiyəyə səfər edən Belçika Kraliçəsi Matilda (Mathilde) rəhbərliyindəki heyət, “Baykar”ın milli və orijinal pilotsuz uçuş aparatlarının (PUA) Ar-Ge və istehsal fəaliyyətlərinin aparıldığı Özdemir Bayraktar Milli Texnologiya Mərkəzini ziyarət edərək araşdırmalar aparıb.
Kraliçə Matilda rəhbərliyindəki geniş heyətdə Baş nazirin müavini və Xarici İşlər Naziri Maksim Prevo (Maxime Prevot), xarici ticarətdən də məsul Müdafiə Naziri Teo Franken (Theo Francken), Brüssel Paytaxt Bölgəsi Hökumətinin Baş naziri Boris Dillies (Boris Dillies), Flaman Bölgəsi Hökumətinin Baş naziri Mattias Diependaele (Matthias Diependaele) və Valon Bölgəsi Hökumətinin Baş nazirinin müavini Pyer-İv Jeolet (Pierre-Yves Jeholet), Belçikanın Ankara səfiri Hendrik Van De Velde, dövlət rəsmiləri, diplomatik missiya nümayəndələri, akademiklər, özəl sektor nümayəndələri və Belçika mətbuatından jurnalistlər də yer alıb.
Özdemir Bayraktar Milli Texnologiya Mərkəzini gəzən Kraliçə Matilda və müşayiət edən heyətə “Baykar”ın İdarə Heyətinin sədri və Texnologiya Lideri Səlcuq Bayraktar (Selçuk Bayraktar) ilə Baş direktor Haluk Bayraktar yoldaşlıq edib. Ziyarətə Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş ilə Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi (SSB) rəhbəri professor doktor Haluk Görgün də qatılıb.
Kraliçə Matilda “Baykar”ın dünya miqyasında uğurları ilə tanınan milli PUA platformlarını incələyərək aparılan Ar-Ge və istehsal fəaliyyətləri haqqında ətraflı brifinq alıb.
Ziyarətin sonunda Özdemir Bayraktar Milli Texnologiya Mərkəzində sərgilənən “Bayraktar AKINCI TİHA” (Zərbə PUA-sı) önündə xatirə fotosu çəkdirilib. Kraliçə Matildaya, ziyarətin xatirəsinə “Baykar”ın İdarə Heyətinin sədri Səlcuq Bayraktar tərəfindən “Bayraktar KIZILELMA” Pilotsuz Hərbi Təyyarəsinin maketi təqdim edilib.
Ziyarətlə bağlı açıqlama verən “Baykar”ın İdarə Heyətinin sədri Səlcuq Bayraktar, əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə edilən bu səfərdən məmnuniyyət duyduqlarını bildirib.
Ziyarətin ölkələr adından ortaq texnologiya inkişaf etdirmə imkanları baxımından faydalı olacağına inandığını dilə gətirən Bayraktar, “Bu təşəbbüsün Avropanın təhlükəsizlik memarlığındakı ortaq səylərimiz adına əhəmiyyətli olduğunu düşünürəm. “Baykar” dünyanın ən böyük pilotsuz uçuş aparatı şirkətidir. İxrac bazarının yüzdə 60-ına təkbaşına sahibdir. Türkiyə də yüzdə 65-inə sahibdir. İnkişaf etdirdiyimiz texnologiya dünyaya damğasını vurmuşdur. Bütün dünyadan böyük rəğbət görür. Yaxın zamanda da SAHA 2026 sərgisi başa çatdı. Orada da xüsusilə dünyada inkişaf edən təhlükəsizlik çatlaqları mövzusuna böyük bir maraq olduğunu gördük. Hər kəs öz millətinin təhlükəsizliyinin dərdinə düşüb.” şəklində danışıb.
Bayraktar, xüsusilə orta ölçülü millətlər və daha kiçik dövlətlər üçün əhəmiyyətli məsələlərdən birinin əməkdaşlıq olduğuna diqqət çəkərək, “Bizlər də Türkiyə olaraq bütün dost və qardaş coğrafiyalarımızda, bir mənada bizə dostluq əlini uzadan hər ölkəyə tam mənasıyla bir dostluq və qardaşlıq əlaqəsində yanaşırıq. Mən inanıram ki, bu, bizim mədəniyyətimizin bir kulturu və inancından gələn bir yanaşmadır. Bu ziyarətin də xeyirlərə vəsilə olmasını ümid edirəm.” şəklində bildirib. Dünyanın qaranlıq bir vəziyyətə doğru sürükləndiyini vurğulayan Bayraktar, “Bu vəziyyətdə...



