Avropada müdafiə texnologiyalarına maraq artıb
Rusiya-Ukrayna müharibəsinin uzanması Avropada müdafiə sahəsində, xüsusən dron texnologiyalarında marağı artırıb. Parisdə keçirilən dron istehsalı seminarları gənclər və yaşlıların diqqətini çəkib.
Avropalılarda müharibəyə hazırlıq səviyyəsi barədə sual Rusiya-Ukrayna müharibəsinin Birinci Dünya Müharibəsindən uzun sürməsi ilə daha çox gündəmə gəlir. Gələcəkdə Avropanın ərazilərinə yenidən hücumlar ola biləcəyi qorxusu yeni müdafiə texnologiyalarına, xüsusən dronlara olan marağı artırıb.
Gənclər və yaşlılar dron hazırlamaq üzrə seminar və təlimlərdə iştirak edir. Bu tədbirlərdən biri də yaxınlarda Parisdə keçirilib.



