Qualcomm Snapdragon Reality Elite çipi ilə ağıllı eynəklərin inkişafını sürətləndirir
Qualcomm Smart Glasses üçün nəzərdə tutulmuş Snapdragon Reality Elite adlı yeni çipini təqdim edib. Bu çip vizual keyfiyyətin yaxşılaşdırılması, enerji sərfiyyatının azaldılması və süni intellekt performansının artırılması ilə ağıllı eynəklərin texniki problemlərini həll etməyə imkan verəcək.
Ağıllı eynəklər hələ formalaşmaqda olan texnologiya sahəsidir. Qualcomm isə növbəti XR cihaz dalğası üçün Snapdragon Reality Elite adlı yeni çip üzərində işləyir.
Qualcomm bu çipi bugün Augmented World Expo tədbirində təqdim edib. Lakin texniki baxımdan biz artıq ötən ay Google I/O tədbirində bu çipdən istifadə edən cihazlarla tanış olmuşuq: yaxın zamanda təqdim olunacaq Aura eynəkləri Android XR üçün hazırlanıb. O zaman Xreal və Google bu eynəklər üçün prosessor yenilikləri barədə məhdud məlumat vermişdilər. Sən demə, istifadə olunan çip Reality Elite imiş.
Yeni çipin xüsusiyyətləri ümumi performans artımına yönəlib. GPU 60 faiz, CPU 30 faiz, NPU isə 160 faizədək yüksək performans təqdim edir. Hər göz üçün 90 kadr sürətində 4,4K təsvir dəstəklənir və gecikmə azaldılıb. Batareya ömrü 20 faizədək yaxşılaşıb, Qualcomm həm də enerji səmərəliliyini artıraraq soyutma sistemini təkmilləşdirib. Ağır iş yüklərində Reality Elite çipi Qualcomm-un əvvəlki nəsil XR çiplərindən 12 dərəcə Selsi aşağı temperaturda işləyəcək.
Əlaqədar
- Bu il buraxılacaq Android XR eynəklərinə ilk baxış
- Qualcomm-un yeni çipi süni intellektli geyilə bilən cihazlar üçün nəzərdə tutulub
- Bu ağıllı eynəklərin çoxu hələ istifadəyə yararlı deyil
Başqa sözlə, bu çip immersiv XR təcrübələri üçün daha yaxşı görüntü, süni intellekt funksiyaları üçün iri LLM modellərinin işlənməsi və daha yüngül, uzunömürlü eynəklər üçün güc təmin etməlidir. Hazırda ağıllı eynəklərin üzləşdiyi texniki problemlər bunlardır.
Snapdragon Wear Elite adlı digər çip isə fevralda Mobile World Congress-də təqdim olunub və geyilə bilən cihazlarda payız və 2027-ci ildə tətbiq ediləcək texnologiyalara işıq tutur. Qualcomm komponent istehsalçısı olaraq Meta, Google kimi tərəfdaşların tələblərinə uyğun çiplər hazırlayır. Hər iki çip ağıllı eynəklərdə istifadə oluna bilər: Wear Elite yalnız səslə idarə olunan eynəklər üçün nəzərdə tutulub, Reality Elite isə yüksək güc tələb edən, süni intellekt əsaslı ekranlı eynəklərdə işləyəcək.
Qualcomm-un hər iki çipdə AI performansını artırması göstərir ki, cihaz istehsalçıları eynəklərə, ağıllı saatlara, fitness izləyicilərinə və digər aksessuarlar daha çox süni intellekt funksiyası əlavə etmək istəyirlər. Batareya və soyutma təkmilləşdirmələri də hazırda ekranlı ağıllı eynəklərdə dizaynın ağırlığı ilə bütün gün istifadə arasında kompromisin asanlaşdırılmasına xidmət edir. Həddindən artıq qızma problemi isə inkişaf etmiş xüsusiyyətlərin tətbiqində əsas maneədir. (Çünki heç kəs üzünü yandıran eynək istifadə etmək istəməz.) Snapdragon Reality Elite çipinin bu sahədə irəliləyiş təmin etməsi bazara daha effektli süni intellektli cihazların çıxmasına yol aça bilər.
The Verge
Qualcomm’s latest chip hints that more powerful smart glasses could be on the way
Orijinal məqaləyə keç


