Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
26 oktyabr 2026, 21:47 · Mənbə: Report.az

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətinin daha 90 gün - 2027-ci il yanvarın 29-dək uzadılması haqqında fərmanlar imzalayıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətinin daha 90 gün - 2027-ci il yanvarın 29-dək uzadılması haqqında fərmanlar imzalayıb.
"Report" xəbər verir ki, sənədlər Ukrayna Prezidentinin saytında dərc olunub.
Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hər iki rejimin artıq 21-ci dəfə uzadılmasıdır.
Hərbi vəziyyət dövründə 18-60 yaş arası hərbi vəzifəli kişilər yaşayış və ya olduğu yer üzrə hərbi qeydiyyatda olmalı və vahid dövlət reyestrində şəxsi məlumatlarını vaxtında yeniləməlidirlər.
Onlar həmçinin üzərlərində pasport və kağız və ya elektron formada hərbi qeydiyyat sənədi gəzdirməyə, eləcə də müəyyən edilmiş müddətlərdə ərazi komplektləşdirmə mərkəzlərinə və ya təlim mərkəzlərinə gəlməyə borcludurlar.
Sağlamlıq vəziyyətinə görə yararlı hesab edilən və möhlət üçün qanuni əsasları olmayan 25-60 yaş arası kişilər məcburi səfərbərliyə cəlb olunurlar.
18-25 yaş arası kişilər yalnız qanunla nəzərdə tutulan hallarda - əgər onlar ehtiyatda olan zabitdirlərsə və ya əvvəllər müddətli hərbi xidmət keçiblərsə, səfərbər oluna bilərlər. Digər hallarda onlar xidmətə könüllü daxil ola bilərlər.
Oxşar xəbərlər

Dünya
Kobud müdaxilə və ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvəti arxasında nə dayanır?
Report.az · 26 oktyabr 2026, 22:17

Dünya
Moldova və Ukrayna hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb
Report.az · 26 oktyabr 2026, 21:47

Dünya
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
Report.az · 26 oktyabr 2026, 18:48

Dünya
Tehranda Yaxın Şərqdəki vəziyyətlə bağlı dördtərəfli görüş keçirilib
Report.az · 26 oktyabr 2026, 18:17