"Napoli"nin baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya olunub
26 oktyabr 2026, 22:47 · Mənbə: Report.az

"Napoli"nin baş məşqçisi Massimiliano Alleqri İtaliya çempionatının iki oyunundan kənarlaşdırılıb və 10 min avro cərimələnib.
"Napoli"nin baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya olunub
Futbol
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Napoli"nin baş məşqçisi Massimiliano Alleqri İtaliya çempionatının iki oyunundan kənarlaşdırılıb və 10 min avro cərimələnib.
"Report" xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.
Qərar 2026/2027 mövsümünün VIII turunun oyunlarından sonra qəbul edilib.
Cəzaya oktyabrın 24-də "Napoli" ilə "Roma" arasında keçirilən və 3:3 hesabı ilə başa çatan oyunda baş verən hadisələr səbəb olub. Alleqri qarşılaşma zamanı hakimləri təhqir edib, matçdan sonra isə rəqib komandanın rəhbər şəxslərindən birinə qarşı aqressiv davranış nümayiş etdirib.
İtaliya çempionatının eyni turunun yekunlarına əsasən, "Leççe"nin müdafiəçisi Kyalonda Qaspar da iki oyunluq diskvalifikasiya olunub.
Oxşar xəbərlər


İdman
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Report.az · 26 oktyabr 2026, 19:18

İdman
"Sabah"ın rəqibinin müdafiəçisi Qabriel Maqalyayns Premyer Liqada 200-cü oyununu keçirib
Report.az · 26 oktyabr 2026, 17:17

İdman
Mahmud Qurbanov: "Əsas məqsəd kənarda qalan futbolçuları itirməməkdir"
Report.az · 26 oktyabr 2026, 14:47