TopXəbər

Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib

26 oktyabr 2026, 18:48 · Mənbə: Report.az

Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib

Misir parlamenti Yəmən husilərinin hücumlarının intensivləşməsi fonunda Prezident Əbdülfəttah əs-Sisiyə Səudiyyə Ərəbistanına hərbi dəstək göstərmək və ölkənin müdafiəsini təmin etmək üçün zəruri tədbirlər görməyə icazə verib.

Yeniliklərdən dərhal xəbərdar olun!

Misir parlamenti Yəmən husilərinin hücumlarının intensivləşməsi fonunda Prezident Əbdülfəttah əs-Sisiyə Səudiyyə Ərəbistanına hərbi dəstək göstərmək və ölkənin müdafiəsini təmin etmək üçün zəruri tədbirlər görməyə icazə verib.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, müvafiq qərar bugünkü iclasda Nümayəndələr Palatası tərəfindən qəbul edilib.

Ötən həftə əs-Sisi parlamentdən müvafiq müraciət daxil olacağı təqdirdə Ər-Riyada müdafiə yardımı göstərilməsinə icazə verməsini xahiş edib.

Prezident vurğulayıb ki, Səudiyyə Ərəbistanına hərbi dəstək yalnız müdafiə xarakteri daşıyacaq.

Misir dəfələrlə İranın Fars körfəzi ölkələrinə hücumlarını pisləyib, lakin açıq şəkildə birbaşa döyüş əməliyyatlarına qoşulmayıb və avqustda Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında bağlanmış Məkkə qarşılıqlı müdafiə paktına qatılmayıb.

Regionun ən böyük ordularından birinə malik olan Misir 2015-ci ilin martında Yəməndə müharibənin ilkin mərhələsində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyada iştirak edib. Qahirə əsasən hərbi-dəniz qüvvələri vasitəsilə dəstək göstərib, Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün hərbi gəmilər göndərib və hava dəstəyi vəd edib.