TopXəbər

Nani "Aktobe" klubundan ayrılacağını açıqlayıb

26 oktyabr 2026, 21:17 · Mənbə: Report.az

Nani "Aktobe" klubundan ayrılacağını açıqlayıb

Portuqaliyalı futbolçu Nani Qazaxıstanın "Aktobe" klubundan ayrılacağını açıqlayıb.

Yeniliklərdən dərhal xəbərdar olun!

Portuqaliyalı futbolçu Nani Qazaxıstanın "Aktobe" klubundan ayrılacağını açıqlayıb.

"Report" xəbər verir ki, 39 yaşlı cinah oyunçusu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

O, "Aktobe"nin heyətində son ev oyununu keçirdiyini bildirərək klubda yaşadığı günlərin və Qazaxıstanda gördüyü isti münasibətin xatirəsinin yaddaşında qalacağını vurğulayıb. Futbolçu çempionatda daha bir matçının qaldığını qeyd edib.

Nani bu ilin yanvarında "Aktobe" ilə müqavilə imzalayaraq futbolçu karyerasını bərpa edib. O, Qazaxıstan klubunun heyətində 25 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Nani karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", Türkiyənin "Fənərbağça", ABŞ-nin "Orlando Siti", İspaniyanın "Valensiya" və İtaliyanın "Latsio" klublarında çıxış edib.