Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub
26 oktyabr 2026, 22:17 · Mənbə: Report.az

Şamaxı şəhərindəki Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Şamaxı şəhərindəki Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub.
"Report" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva açılış mərasimində iştirak edib, burada yaradılan şəraitlə tanış olublar.
Heydər Əliyev Fondu tərəfindən inşa edilən həmin məktəbəqədər təhsil müəssisəsi 110 yerlikdir. Burada qızlar və oğlanlar üçün ayrı-ayrı korpuslarda yataq otaqları, eləcə də qrup, informatika və tibb otaqları, musiqi və gimnastika zalları, qarderob, yeməkxana var.
Fotoqalereya
1 / 4Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub
Məktəbəqədər müəssisə zəruri mebel və avadanlıqlarla, qrup otaqları isə əyani vəsaitlərlə tam təchiz edilib.
Uşaqların istirahəti üçün söhbətgahlar qurulub, oyun attraksionları olan meydança yaradılıb.
Körpələr evi-uşaq bağçasının müdiri Səidə Zahidova bildirib ki, 1969-cu ildə tikilən köhnə bağça binası istifadəyə yararsız olduğundan yeni binaya ehtiyac yaranıb. Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni körpələr evi-uşaq bağçasında uşaqlar altı qrupda təlim-tərbiyə prosesinə cəlb olunacaqlar.
Ölkəmizdə yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması ilə bağlı həyata keçirilən Dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində bu sahəni daim diqqətdə saxlayır. 2014-cü ildən bəri Fond "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramını həyata keçirərək uşaqların təlim-tərbiyəsinə, onların bilikli və savadlı yetişmələrinə öz töhfəsini verir. Proqramın icrası paytaxt Bakı ilə yanaşı, regionları da əhatə edir. Həmin regionlar arasında Şamaxı da yer alır. Ümumiyyətlə, son illərdə Şamaxıda bir sıra yeni körpələr evi-uşaq bağçaları, məktəblər inşa edilərək istifadəyə verilib.
Oxşar xəbərlər

Siyasət
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub
Report.az · 26 oktyabr 2026, 22:47

Siyasət
"Vatican News"un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib
Report.az · 26 oktyabr 2026, 21:17

Siyasət
Səfir: Vyana Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləməyə davam edəcək
Report.az · 26 oktyabr 2026, 20:17

Siyasət
Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir
Report.az · 26 oktyabr 2026, 19:47