Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir
26 oktyabr 2026, 19:47 · Mənbə: Report.az

BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan hökuməti ilə tərəfdaşlığı yüksək qiymətləndirir və VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçiriləcəyinə ümid edir.
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan hökuməti ilə tərəfdaşlığı yüksək qiymətləndirir və VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçiriləcəyinə ümid edir.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.
"Prezident İlham Əliyev tərəfindən qəbul edilmək mənim üçün böyük şərəfdir. Mən ona BMT-nin Sivilizasiyalar Alyansına göstərdiyi dəyişməz dəstəyə, eləcə də mədəniyyətlərarası dialoqun təşviqinə və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə sadiqliyinə görə minnətdarlığımı bildirdim. Biz Azərbaycan hökuməti ilə tərəfdaşlığımızı yüksək qiymətləndiririk və VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçiriləcəyinə ümid edirik", - o qeyd edib.
Oxşar xəbərlər

Siyasət
Səfir: Vyana Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləməyə davam edəcək
Report.az · 26 oktyabr 2026, 20:17

Siyasət
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə ediblər - Yenilənib
Report.az · 26 oktyabr 2026, 19:18


Siyasət
Azərbaycan və Qırğızıstan prokurorluqlarının beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə olunub
Report.az · 26 oktyabr 2026, 16:47