"AmCham" və Azərbaycan sığortaçıları strateji əməkdaşlığın 5 istiqamətini müəyyən ediblər
26 oktyabr 2026, 20:47 · Mənbə: Report.az

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azerbaijan) və Azərbaycan Sığortaçılar Assosiasiyası ölkədə sığorta məlumatlılığı səviyyəsinin artırılmasına və işgüzar mühitin gücləndirilməsinə yönəlmiş strateji tərəfdaşlıq barədə danışıqlar aparıblar.
"AmCham" və Azərbaycan sığortaçıları strateji əməkdaşlığın 5 istiqamətini müəyyən ediblər
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azerbaijan) və Azərbaycan Sığortaçılar Assosiasiyası ölkədə sığorta məlumatlılığı səviyyəsinin artırılmasına və işgüzar mühitin gücləndirilməsinə yönəlmiş strateji tərəfdaşlıq barədə danışıqlar aparıblar.
"Report" "AmCham Azerbaijan"a istinadən xəbər verir ki, müzakirə iştirakçıları sığorta sahəsində biznesin real çətinliklərinin müəyyənləşdirilməsinə, özəl sektorun tənzimləyici proseslərə cəlb olunmasının artırılmasına və səmərəli sığorta həllərinin təşviqinə diqqət yetiriblər.
Fotoqalereya
1 / 3AmCham və Azərbaycan sığortaçıları strateji əməkdaşlığın 5 istiqamətini müəyyən ediblər
Danışıqlar çərçivəsində gələcək qarşılıqlı fəaliyyətin 5 prioritet istiqaməti müəyyən edilib. Birinci istiqamət tənzimləyici qurumlarla dialoqu əhatə edir və sığorta sektorunun normativ-hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə təkliflərin birgə hazırlanmasını, həmçinin "AmCham"ın "Ağ Kitab"ının (White Paper) hazırlanmasında iştirakı nəzərdə tutur. İkinci istiqamət - risklərin idarə edilməsi və sığorta məhsullarının xüsusiyyətləri mövzusunda palataya üzv olan şirkətlər üçün təlim seminarlarının keçirilməsini özündə cəmləşdirən maarifləndirmə fəaliyyətidir.
Üçüncü istiqamət aqrar sığortaya, o cümlədən kənd təsərrüfatı sahəsində risklərin minimallaşdırılması alətlərinə, sığorta mexanizmlərinin əlçatanlığının genişləndirilməsinə və onların investisiya proseslərinə daxil edilməsinə toxunur. Dördüncü istiqamət səhiyyə sektoruna aiddir və tibbi sığorta bazarının genişləndirilməsinə, həmçinin tibb müəssisələri, sığorta şirkətləri və biznes strukturları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə yönəlib. Beşinci istiqamət risklərin örtülməsi sahəsindəki tələblərin və sığorta hadisələrinin tənzimlənməsi zamanı yaranan çətinliklərin müəyyən edilməsi üçün "AmCham" üzvlərinin məqsədyönlü anketləşdirilməsi vasitəsilə bazar ehtiyaclarının öyrənilməsini nəzərdə tutur.
Görüş iştirakçıları dövlət-özəl tərəfdaşlığına dəstək verilməsində "AmCham"ın işgüzar platformasının və onun sahə komitələrinin əhəmiyyətini qeyd ediblər. Danışıqların nəticələrinə əsasən, birgə təhsil və ekspert layihələrinin həyata keçirilməsi çərçivəsində məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Oxşar xəbərlər

İqtisadiyyat
Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək
Report.az · 26 oktyabr 2026, 19:47

İqtisadiyyat
"Sizin Lombard"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Report.az · 26 oktyabr 2026, 16:17

İqtisadiyyat
Azərbaycan Seneqalla enerji sahəsində əməkdaşlığı müzakirə edib
Report.az · 26 oktyabr 2026, 15:17

İqtisadiyyat
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 34 %-dən çox artıb
Report.az · 26 oktyabr 2026, 14:17