Moldova və Ukrayna hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb
26 oktyabr 2026, 21:47 · Mənbə: Report.az

Moldova və Ukrayna hava məkanının pilotsuz aparatlardan qorunması üçün təcrübə mübadiləsini və Ukraynanın texnoloji həllərinin istifadəsini nəzərdə tutan hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Moldova və Ukrayna hava məkanının pilotsuz aparatlardan qorunması üçün təcrübə mübadiləsini və Ukraynanın texnoloji həllərinin istifadəsini nəzərdə tutan hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb.
"Report" Moldova hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Vasile Tofan Kiyevdə ukraynalı həmkarı Sergey Koretski ilə görüşünün yekunlarına dair bildirib.
Sənədi Moldovanın müdafiə naziri Anatolie Nosatıy və Ukraynanın müdafiə naziri Yevgeni Xmara imzalayıblar.
V.Tofanın sözlərinə görə, saziş Moldovanın təhlükəsizliyinə olan təhdidlər kontekstində xüsusi əhəmiyyət daşıyır. Müharibə başlayandan bəri ölkənin hava məkanı 100 dəfədən çox pozulub, onun ərazisinə isə pilotsuz uçuş aparatları və mərmi qalıqları düşüb.
"Moldova sülhsevər, neytral dövlətdir və belə də qalacaq. Lakin neytrallıq müdafiəsizlik demək deyil. Bizim vəzifəmiz vətəndaşlarımızın sülhünü və təhlükəsizliyini qorumaqdır", - Baş nazir deyib.
Tərəflər həmçinin Ukrayna yüklərinin daşınması üçün nəqliyyat dəhlizlərinin inkişafını, sərhəd buraxılış məntəqələrinin modernləşdirilməsini, energetika sahəsində əməkdaşlığın genişləndirilməsini və regional təhlükəsizliyin möhkəmləndirilməsini müzakirə ediblər.
Bundan əlavə, hökumət başçıları Avropa İttifaqına üzvlük prosesində əməkdaşlığı davam etdirmək niyyətlərini təsdiqləyiblər.
Oxşar xəbərlər

Dünya
Kobud müdaxilə və ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvəti arxasında nə dayanır?
Report.az · 26 oktyabr 2026, 22:17


Dünya
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
Report.az · 26 oktyabr 2026, 18:48

Dünya
Tehranda Yaxın Şərqdəki vəziyyətlə bağlı dördtərəfli görüş keçirilib
Report.az · 26 oktyabr 2026, 18:17