"Vatican News"un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib
26 oktyabr 2026, 21:17 · Mənbə: Report.az

Vatikanın informasiya agentliyi olan "Vatican News"da erməni mənbələrinə əsaslanan yanlış məlumatların yayılmasının qarşısı alına bilər.
Yeniliklərdən dərhal xəbərdar olun!
Vatikanın informasiya agentliyi olan "Vatican News"da erməni mənbələrinə əsaslanan yanlış məlumatların yayılmasının qarşısı alına bilər.
"Report" xəbər verir ki, Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal Corc Ceykob Kuvakad Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin əsaslı dəlillər təqdim etməsindən sonra bu qərara gəlib.
Belə ki, bütün Qafqazın şeyxi son vaxtlar Vatikanın informasiya agentliyi olan "Vatican News"da bəzən erməni mənbələrinə əsaslanan yanlış məlumatların yayıldığını bildirib və bununla bağlı əsaslı dəlillər təqdim edib.
Məsələ ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verəcəyini bildirən Kardinal Kuvakad problemin aradan qaldırılacağını vurğulayıb.
Oxşar xəbərlər

Siyasət
Səfir: Vyana Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləməyə davam edəcək
Report.az · 26 oktyabr 2026, 20:17

Siyasət
Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir
Report.az · 26 oktyabr 2026, 19:47

Siyasət
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə ediblər - Yenilənib
Report.az · 26 oktyabr 2026, 19:18
