Səfir: Vyana Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləməyə davam edəcək
26 oktyabr 2026, 20:17 · Mənbə: Report.az

Avstriya Azərbaycan və Ermənistan arasındakı sülh prosesini tam dəstəkləməyə davam edəcək və Bakı ilə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində maraqlıdır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Avstriya Azərbaycan və Ermənistan arasındakı sülh prosesini tam dəstəkləməyə davam edəcək və Bakı ilə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində maraqlıdır.
"Report" xəbər verir ki, bu barədə Avstriyanın Azərbaycandakı səfiri Ettienn Berxtold Avstriyanın Milli Günü münasibətilə keçirilən qəbulda bildirib.
"Biz Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini böyük ruh yüksəkliyi ilə izləyirik və bunu bundan sonra da tam dəstəkləyəcəyik", - diplomat qeyd edib.
Səfir həmçinin iki ölkə xalqları arasında mədəni əlaqələrin inkişafının vacibliyini vurğulayıb.
"Azərbaycan vətəndaşlarından mədəniyyətimizlə nə dərəcədə yaxşı tanış olduqlarını, artıq Avstriyaya səfər etdiklərini və ya gələcəkdə oraya səfər etməyi planlaşdırdıqlarını eşitmək məni çox sevindirir", - Berxtold bildirib.
Onun sözlərinə görə, AZAL aviaşirkətinin Avstriyaya birbaşa reysləri turizm və mədəni mübadilələrin inkişafına töhfə verir.
"Cari ilin altı ayı ərzində Azərbaycana 2 minə yaxın Avstriya vətəndaşı səfər edib. Bizim məqsədimiz turist axınının artmasına nail olmaqdır ki, hər iki ölkənin xalqları bir-birinin mədəniyyətini daha yaxşı tanıya bilsinlər", - səfir bəyan edib.
Berxtold əlavə edib ki, tərəfdaşlığın daha da möhkəmləndirilməsi, yüksək səviyyəli təmasların inkişafı və yeni Avstriya şirkətlərinin Azərbaycana cəlb olunması onun şəxsi prioritetlərinə daxildir.
Oxşar xəbərlər

Siyasət
Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir
Report.az · 26 oktyabr 2026, 19:47

Siyasət
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə ediblər - Yenilənib
Report.az · 26 oktyabr 2026, 19:18


Siyasət
Azərbaycan və Qırğızıstan prokurorluqlarının beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə olunub
Report.az · 26 oktyabr 2026, 16:47