Royal Mint "Pink Floyd" qrupunu əks etdirən xatirə sikkələrini təqdim edib
Royal Mint "Pink Floyd" rok musiqi qrupunu anan yeni xatirə sikkələrini buraxıb. Bu sikkələr qrupun məşhur "The Dark Side Of The Moon" albomundakı ikonik prizma dizaynını ehtiva edir.
Royal Mint məşhur rok qrupu "Pink Floyd"u əks etdirən yeni xatirə sikkələrini təqdim edib.
Sikkənin əks tərəfində “The Dark Side Of The Moon” albomundan tanınmış prizma təsviri yer alır, bu isə qrupun incəsənət baxışı və təcrübələrini simvollaşdırır.
Bəzi sikkələr isə rəngarəng göy qurşağı prizması effektinə malikdir.
"Pink Floyd" David Bowie, George Michael, Dame Shirley Bassey, Sir Paul McCartney və Freddie Mercury ilə birlikdə Royal Mint-in “music legends” (musiqi əfsanələri) seriyasına qoşulub.
Bu seriya 108 ölkədəki kolleksiyaçılar və pərəstişkarlar üçün təxminən yarım milyon sikkə təqdim edib.
Royal Mint-in xatirə sikkələri üzrə direktoru Rebecca Morgan bildirib ki, “Pink Floyd” nadir qruplardan biridir ki, onların musiqisi və görüntüsü nəsilləri birləşdirir. İkonik prizma isə dünya üzrə pərəstişkarlar üçün dərhal tanınandır.
Hazırlanmasında Henry Gray-in əlləri olan bu sikkə qrupun sənəti və detalları ilə yüksək səviyyədə həyata keçirilib.
“Onların musiqiyə, incəsənətə və mədəniyyətə təsiri ölçüyəgəlməzdir. Royal Mint olaraq, bu mirası əbədiləşdirməkdə rol oynamaqdan qürur duyuruq” – Morgan əlavə edib.
“Pink Floyd” 1965-ci ildə London şəhərində Syd Barrett, Roger Waters, Nick Mason və Richard Wright tərəfindən yaradılıb, daha sonra David Gilmour da qrupa qoşulub və o vaxtdan bəri nəsillər boyu pərəstişkar toplayıb.
Qrupun məşhur albomları arasında “The Dark Side Of The Moon”, “Wish You Were Here”, “Animals” və “The Wall” yer alır.
Bu xatirə sikkələri Royal Mint tərəfindən 14 may bazar günü saat 9:00-dan etibarən satışa çıxarılıb. Ən aşağı qiymətlə 5 funt dəyərində, parlaq, istifadə olunmamış sikkə 18,50 funt sterlinqdən başlayır.
Rəngli versiyalar isə 5 funt dəyərində 29,50 funt sterlinq qiymətində təqdim olunur.
200 funt dəyərində qızıl sikkə 10 535 funt sterlinqə satılır, Malayziya digərləri qızıl və gümüş variantları da mövcuddur.
The İndependent
Royal Mint launches rainbow prism coins celebrating legendary rock band Pink Floyd
Orijinal məqaləyə keç

