Mahmud Qurbanov: "Əsas məqsəd kənarda qalan futbolçuları itirməməkdir"
26 oktyabr 2026, 14:47 · Mənbə: Report.az

Azərbaycanın U-18 millisində əsas məqsəd U-17 və U-19 yığmalarından kənarda qalan futbolçuların itirilməməsidir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın U-18 millisində əsas məqsəd U-17 və U-19 yığmalarından kənarda qalan futbolçuların itirilməməsidir.
Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Mahmud Qurbanov deyib.
O, növbəti planlar haqqında fikirlərini bölüşüb:
"U-17 və U-19 yığmalarının rəsmi oyunları bitəndən sonra bir toplanış etmək istəyirik. Bu il rəsmi yarış yoxdur. Əsas məqsədimiz U-17 ilə U-19 yığmalarından kənarda qalan, heyətə düşə bilməyən futbolçuları itirməməkdir. Onlar da oynamalıdırlar. Fikrimiz var ki, toplanış təşkil edək və yoldaşlıq oyunları keçirək. Hələ ki rəqiblərin kimliyini bilmirik".
M.Qurbanov heyətin formalaşdırılması prosesinə də toxunub:
"Heyəti hələ yığmamışıq, oyunlara baxırıq. Bəzi 2009-cu il təvəllüdlü futbolçular U-19 yığmasındadır. Kənarda qalan oyunçuları da izləyirik. Xaricdəki futbolçularla Bəxtiyar Musayevin rəhbərlik etdiyi skaut departamenti maraqlanır. Ehtiyac yaransa, dərhal dəvət edəcəyik".
Oxşar xəbərlər

İdman
Umarali Raxmonaliyev: "Çempionlar Liqasında və Premyer Liqada yaxşı nəticə üçün mübarizə aparacağıq"
Report.az · 26 oktyabr 2026, 10:47

İdman
Maykl Kerrik Mançester Yunayteddəki gələcəyindən xəbərsiz olduğunu deyib
Al Jazeera · 25 oktyabr 2026, 23:18


İdman
Elena Rıbakina Ningbo titlini saxlayıb və dünya birincisi kimi ilk kubokunu qazanıb
Al Jazeera · 25 oktyabr 2026, 17:17