Koe Wetzel Rock & Roll Denim ilə məhdud kişi geyimi kolleksiyası hazırlayıb
Texaslı tanınmış country müğənnisi Koe Wetzel "Rock & Roll Denim" markası ilə birlikdə məhdud sayda kişi geyimləri kolleksiyasını təqdim edib. Kolleksiya ənənəvi Qərb üslubunu müasir dizayn elementləri ilə birləşdirir.
Country musiqisi ifaçısı Koe Wetzel "Rock & Roll Denim" markası ilə əməkdaşlıq çərçivəsində Texas irsinə əsaslanan məhdud sayda kişi geyimi kolleksiyası hazırlayıb.
Wetzel öz isyankar üslubu, canlı və səsli çıxışları və country, rok və 90-cı illərin granc musiqisini birləşdirən özünəməxsus səsi ilə tanınır. Onun musiqisinə 4 milyarddan çox dinləmə qeydə alınıb.
Rock & Roll Denim üçün hazırladığı kolleksiya tam həyat tərzini əks etdirir. Burada marka qısa və uzunqol inci düyməli köynəklər, eyni zamanda papaqlar, T-shirtlər, polo köynəklər və Texas formalı kamuflyaj naxışı, müasir qrafiklər və ənənəvi Qərb dizaynları təqdim edir.
Wetzel deyib: “Bizim üçün səhnədə rahat hərəkət etmək vacibdir. Mən səhnədə olarkən Rock & Roll Denim-in geyimlərini üstün tuturam. Hərəkətin çox olması və lazım olduqda bədənin tam açılması bizim üçün önəmlidir. Yalnız durub musiqi ifa etmək bizim stilimiz deyil. Səhnədəki enerji musiqimizin ruhunu tamamlayır.”
"Rock & Roll Denim"in valideyni olan Westmoor Manufacturing şirkətinin icraçı vitse-prezidenti Zach Hochster əlavə edib: “Səmimilik bizim əsas prinsiplərimizdəndir. Koe Wetzel həm sadiq azarkeşləri, həm də səmimi Qərb tərzini formalaşdırıb ki, bu da onu bizim ideal əməkdaşımıza çevirir. Rock & Roll Denim-də yaradıcılığa əsaslanan əməkdaşlıq bu nümunədir.”
Kolleksiyadan snapback papaq 34,99 dollar, kamuflyajlı qrafik T-shirt 35,99 dollar, polo köynək 49,99 dollar, uzunqol inci düyməli və ya texniki köynəklər isə 68,99 dollardan satışdadır. Kolleksiya şirkətin rəsmi saytında təqdim olunur.
"Rock & Roll Denim" müasir Qərb brendidir və ənənəvi kovboy tərzini Fort Worth mərkəzli müasir estetikaya uyğunlaşdırır.

WWD
Country Singer Koe Wetzel Partners With Rock & Roll Denim on Men’s Line
Orijinal məqaləyə keç


