Bank of America süni intellekt skeptiklərinə kiçik düşündüklərini deyib
Bank of America-nın yeni tədqiqat hesabatında süni intellektin iqtisadi təsirinin indiyədək cüzi olduğu, amma gələcəkdə bu texnologiyanın iqtisadiyyatda on dəfə böyük inqilab yarada biləcəyi vurğulanıb.
Hər inqilabi texnologiya əvvəlcə böyük və səs-küylü vəd kimi görünür, sonra isə sakit və az nəzərə çarpan şəkildə iqtisadi göstəricilərdə özünü göstərir.
Süni intellekt (SI) bu mərhələlərin hər ikisindədir – geniş müzakirə olunmaqla yanaşı, rəsmi iqtisadi statistikada hələ zəif təsir göstərir.
Biz hamımız süni intellekt nümunələrini görmüşük və inanırıq ki, o iş dünyasını, səhiyyəni və maliyyə bazarlarını dəyişəcək. Lakin iqtisadçılar rəsmi ÜDM və əmək haqqı məlumatlarında bu dəyişiklikləri az müşahidə edirlər.
Bank of America may ayının sonunda yayımladığı tədqiqat hesabatında qeyd edib ki, SI-nin məhsuldarlığa verdiyi töhfə hazırda təxminən 0,1 faizdir. Bu göstərici isə qlobal iqtisadi artımın 3,5 faiz olması ilə müqayisədə çox kiçik təsir sayılır.
Bank vurğulayır ki, SI artıq iş yerlərinin 20 faizinə qədər tapşırıqları dəyişdirə bilir, lakin hazırkı xərclər şəraitində yalnız 23 faizi avtomatlaşdırıla bilər. Bu isə əmək xərclərinin təxminən 27 faizindən qənaət deməkdir.
Beləliklə, nəzəri maksimum məhsuldarlıq artımı 0,66 faiz səviyyəsində olsa da, real tətbiq və digər amillər onu 0,1 faizə endirir.
Tədqiqatda Nobel mükafatı laureatı Filip Aqiou və həmkarının 2024-cü ildə hazırladığı modelə istinad edilir. Onların araşdırması göstərir ki, daha ucuz və sürətli SI gələcəkdə iqtisadiyyatda indiki rəqəmlərlə müqayisədə on dəfə böyük inkişafa səbəb olacaq.
Xərclərin azalması və avtomatlaşdırıla bilən tapşırıqların artması nəticəsində süni intellektin iqtisadi təsiri gələcəkdə daha da yüksələcək.
Yahoo Finance
Bank of America has a bold new message for AI skeptics
Orijinal məqaləyə keç