Gürcüstan vətəndaşı olan soydaşımız yeniyetmələr arasında Olimpiya çempionu olub
13 noyabr 2026, 07:47 · Mənbə: Report.az

Seneqalda keçirilən IV Yeniyetmələrin Olimpiya Oyunlarında Gürcüstanın yığmasının heyətində çıxış edən Emil İsmayılov boks üzrə qızıl medal qazanıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Seneqalda keçirilən IV Yeniyetmələrin Olimpiya Oyunlarında Gürcüstanın yığmasının heyətində çıxış edən Emil İsmayılov boks üzrə qızıl medal qazanıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanda yaşayan azərbaycanlı idmançı 55 kiloqram çəki dərəcəsində final görüşündə avstraliyalı Marli Doddi 5:0 hesabı ilə məğlub edərək çempion olub.
Emil İsmayılov turnirdə ilk görüşündə Dominikan Respublikasından olan Maykl Reyesə 4:1, 1/4 finalda isə livanlı Ramzi Hilala 5:0 hesabı ilə qalib gəlib.
O, yarımfinalda kanadalı Lisandro Qarsia Rebelo əlindən aldığı zədə səbəbindən görüşə çıxa bilmədiyi üçün birbaşa finala yüksəlib.
Fotoqalereya
1 / 4Gürcüstan vətəndaşı olan soydaşımız yeniyetmələr arasında Olimpiya çempionu olub
Bu, Gürcüstanın IV Yeniyetmələrin Olimpiya Oyunlarında qazandığı ilk qızıl medal olub.
Onun qələbəsi Gürcüstan yığmasının heyətində yarışan və Gürcüstanda yaşayan azərbaycanlı idmançının beynəlxalq arenada böyük uğuru kimi diqqət çəkib.
Emil Elçin oğlu İsmayılov soydaşlarımızın kompakt yaşadığı Qardabani bələdiyyəsinin Tbiltsqaro qəsəbəsindəndir.
Qeyd edək ki, Gürcüstanın yeniyetmələrin Olimpiya oyunlarında əvvəlki qızıl medalını 2018-ci ildə Buenos-Ayresdə yunan-Roma güləşi üzrə Giorgi Çxikvadze qazanıb.
Oxşar xəbərlər

Dünya
Azərbaycan aqrar sahədə dayanıqlı inkişaf üçün 4 əsas istiqamət müəyyən edib
Report.az · 20 noyabr 2026, 12:17

Dünya
Hava həyəcanı səbəbindən Polşanın hava limanında təxliyə həyata keçirilib - Yenilənib
Report.az · 20 noyabr 2026, 11:47

Dünya
AKİA rəsmisi: "Müasir istixanalar üçün hər hektara 5 000 manat subsidiya veriləcək"
Report.az · 20 noyabr 2026, 10:47
