Liviyada Rusiya gəmisinin dron hücumuna məruz qalması ehtimalı araşdırılır
22 noyabr 2026, 20:17 · Mənbə: Report.az

Liviyanın şərqindəki hakimiyyət orqanları Benqazi limanında Rusiya gəmisində baş verən partlayışın pilotsuz uçuş aparatlarının hücumu nəticəsində baş verməsi ehtimalını istisna etmir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Liviyanın şərqindəki hakimiyyət orqanları Benqazi limanında Rusiya gəmisində baş verən partlayışın pilotsuz uçuş aparatlarının hücumu nəticəsində baş verməsi ehtimalını istisna etmir.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Hadisə noyabrın 22-də səhər saatlarında Benqazidəki hərbi dəniz bazasının ərazisində qeydə alınıb.
İlkin araşdırmanın nəticələrinə görə, partlayış limanda lövbər salmış Rusiya gəmisinin göyərtəsində baş verib. Liviya hakimiyyəti hadisənin dron hücumu nəticəsində baş verməsi versiyasını nəzərdən keçirir. Bununla belə, partlayışın dəqiq səbəbi hələ müəyyən edilməyib.
Liviyanın şərqindəki hökumət hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması üçün müvafiq qurumlara Rusiya tərəfi ilə koordinasiyalı şəkildə hərtərəfli araşdırma aparmağı tapşırıb.
İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var, lakin onların dəqiq sayı açıqlanmayıb. Ölənlər barədə məlumat daxil olmayıb.
Rusiya Müdafiə Nazirliyi xəbərin dərc edildiyi vaxta qədər hadisəyə rəsmi münasibət bildirməyib.
Oxşar xəbərlər

Dünya
ABŞ-da hər il bir milyona yaxın kibertəhlükəsizlik insidenti qeydə alınır
Report.az · 22 noyabr 2026, 19:47



Dünya
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Report.az · 22 noyabr 2026, 18:47