TopXəbər

Gürcüstan prezidenti 232 nəfəri əfv edib

22 noyabr 2026, 23:17 · Mənbə: Report.az

Gürcüstan prezidenti 232 nəfəri əfv edib

Gürcüstan prezidenti Mixeil Kavelaşvili Müqəddəs Georgi Günü münasibətilə 232 nəfər barəsində əfv fərmanı imzalayıb.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Gürcüstan prezidenti Mixeil Kavelaşvili Müqəddəs Georgi Günü münasibətilə 232 nəfər barəsində əfv fərmanı imzalayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, əfv qərarı həbs cəzası çəkən 216 nəfərə, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar çəkən 16 nəfərə şamil edilib.

Prezident Administrasiyasının açıqlamasında qeyd olunub ki, dövlət başçısının Konstitusiya ilə ona verilmiş müstəsna səlahiyyətlərdən istifadəsi humanizm və dövlət maraqları prinsiplərinə əsaslanır.