Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək
22 noyabr 2026, 20:47 · Mənbə: Report.az

TRIPP dəhlizinin tam şəkildə işə düşməsi Azərbaycanla Ermənistan, eyni zamanda, regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
TRIPP dəhlizinin tam şəkildə işə düşməsi Azərbaycanla Ermənistan, eyni zamanda, regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda deyib.
ABŞ-nin daxili təhlükəsizlik naziri Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı və bu xüsusda Prezident Donald Trampın rolunu qeyd etdi.
Markveyn Mullin TRIPP layihəsinin əhəmiyyətinə toxunaraq, bu dəhlizin tam şəkildə işə düşməsinin Azərbaycanla Ermənistan, eyni zamanda, regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini vurğuladı.
Oxşar xəbərlər

Siyasət
Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır
Report.az · 22 noyabr 2026, 20:47

Siyasət
Şamaxıda "Gənclik Yolunda" layihəsinin açılış mərasimi keçirilib
Report.az · 22 noyabr 2026, 15:46


Siyasət
Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Report.az · 22 noyabr 2026, 13:17