Azərbaycan aqrar sahədə dayanıqlı inkişaf üçün 4 əsas istiqamət müəyyən edib
20 noyabr 2026, 12:17 · Mənbə: Report.az

Azərbaycanda aqrar sahədə dayanıqlı inkişaf üçün 4 əsas istiqamət müəyyən edilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda aqrar sahədə dayanıqlı inkişaf üçün 4 əsas istiqamət müəyyən edilib.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin direktor müavini Səadət Hacıyeva Bakıda keçirilən "Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə" adlı konfransda bildirib.
Onun sözlərinə görə, aqrar sahənin dayanıqlı inkişaf və rəqabətqabiliyyətlilik anlayışları bir-birinə paralel inkişaf edən istiqamətlər deyil: "Dayanıqlı inkişaf dedikdə, ilk növbədə, torpaq və su resurslarımızın qorunması nəzərdə tutulur. Digər tərəfdən, 2-ci sütun kimi ərzaq təhlükəsizliyini gücləndirməli, daxili istehsalı artırmalıyıq. 3-cü istiqamət məhsuldarlığın yüksəldilməsi, əlavə dəyərin yaradılması və ixrac həcminin genişləndirilməsidir. 4-cü istiqamət innovasiyalı yanaşmaların tətbiqi və insan kapitalının inkişafıdır.Məhz bu istiqamətləri aqrar sektorun inkişafına təkan verən 4 əsas sütun kimi müəyyən etmişik. Ancaq detallara keçdikdə göstərməyə çalışacağam ki, bu istiqamətlərin hər birində bizi nə qədər çətin vəzifələr gözləyir".
Oxşar xəbərlər




Dünya
Azərbaycan basketbolçusu Polina Şukina Sinqapurda müsabiqənin qalibi olub
Report.az · 22 noyabr 2026, 13:47