ABŞ vətəndaşları elektron sistemlərdə yeni nasazlıqlara hazır olmağa çağırılıb
22 noyabr 2026, 22:17 · Mənbə: Report.az

ABŞ vətəndaşları elektron sistemlərin və rəqəmsal infrastrukturun genişmiqyaslı modernləşdirilməsi zamanı yarana biləcək texniki nasazlıqlara hazır olmalıdırlar.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ vətəndaşları elektron sistemlərin və rəqəmsal infrastrukturun genişmiqyaslı modernləşdirilməsi zamanı yarana biləcək texniki nasazlıqlara hazır olmalıdırlar.
"Report" xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton CNN telekanalının efirində bildirib.
Onun sözlərinə görə, mövcud sistemlərin modernləşdirilməsinə və kibertəhlükəsizliyin gücləndirilməsinə ciddi investisiyalar yatırılmalıdır. Bununla yanaşı, hesablama gücünün sürətlə artması və yeni tətbiqlərin inkişafı müəyyən çətinliklərlə müşayiət oluna bilər.
C.Kleyton genişmiqyaslı texnoloji yenilənmənin gözlənilməz problemlər yaratmasının qaçılmaz olduğunu vurğulayıb.
"Evi təmir edəndə və ya sistemləri yeniləyəndə hər dəfə əvvəlcədən nəzərdə tutmadığınız hallar ortaya çıxır", – o qeyd edib.
Son vaxtlar ABŞ-də dövlət qurumlarının və özəl şirkətlərin fəaliyyətinə təsir edən bir sıra ciddi texniki nasazlıqlar qeydə alınıb.
Belə ki, ötən həftə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hava hərəkətinin idarəetmə mərkəzlərinin rabitə sistemində yaranan nasazlıq səbəbindən ölkə üzrə təyyarələrin uçuşlarını dörd saatdan çox müddətə dayandırıb.
Bundan başqa, "Microsoft"un sistemlərində, "United Airlines" aviaşirkətinin və "JPMorgan Chase" bankının fəaliyyətində də genişmiqyaslı texniki problemlər yaşanıb.
Oxşar xəbərlər

Dünya
Türkiyə COP31-də kompromisə nail olmaq üçün bütün imkanlardan istifadə edib
Report.az · 22 noyabr 2026, 22:17

Dünya
Türkiyədə fond bazarındakı böhranla bağlı 600-dən çox şəxs şübhəli bilinir
Report.az · 22 noyabr 2026, 21:17

Dünya
Liviyada Rusiya gəmisinin dron hücumuna məruz qalması ehtimalı araşdırılır
Report.az · 22 noyabr 2026, 20:17

Dünya
ABŞ-da hər il bir milyona yaxın kibertəhlükəsizlik insidenti qeydə alınır
Report.az · 22 noyabr 2026, 19:47