TopXəbər

"Barselona" "Vilyarreal"ı məğlub edib

22 noyabr 2026, 21:47 · Mənbə: Report.az

"Barselona" "Vilyarreal"ı məğlub edib

İspaniya La Liqasının XV turunda "Barselona" doğma meydanda "Vilyarreal"ı 3:2 hesabı ilə məğlub edib.

"Barselona" "Vilyarreal"ı məğlub edib

  • 22 noyabr, 2026
  • 21:20
  • Yeniliklərdən dərhal xəbərdar olun!

    İspaniya La Liqasının XV turunda "Barselona" doğma meydanda "Vilyarreal"ı 3:2 hesabı ilə məğlub edib.

    "Report" xəbər verir ki, görüşdə hesabı 5-ci dəqiqədə qonaqların futbolçusu Tayron Byukenan açıb. Tani Oluvaseyi 7-ci dəqiqədə fərqi iki topa çatdırıb.

    "Barselona" Lamin Yamalın 23-cü dəqiqədə penaltidən yararlana bilməməsinə baxmayaraq, fasilədən sonra hesabı dəyişməyi bacarıb.

    Jerar Martin 57-ci dəqiqədə fərqi azaldıb, Fermin Lopes 61-ci dəqiqədə bərabərliyi təmin edib. 67-ci dəqiqədə isə "Vilyarreal"ın futbolçusu Pau Navarro avtoqol müəllifi olub.

    Əlavə olunmuş vaxtda Pau Navarro ikinci sarı vərəqə alaraq meydandan qovulub.

    Bu qələbədən sonra xallarını 36-ya çatdıran "Barselona" turnir cədvəlinə başçılıq edir. "Vilyarreal" isə 15 xalla 9-cu pillədə qərarlaşıb.