Sumqayıtın 77-ci ildönümü atəşfəşanlıqla qeyd olunub
22 noyabr 2026, 21:17 · Mənbə: Report.az

Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü münasibətilə Nəsimi adına mədəniyyət və istirahət parkında atəşfəşanlıq təşkil olunub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü münasibətilə Nəsimi adına mədəniyyət və istirahət parkında atəşfəşanlıq təşkil olunub.
"Report"un yerli bürosunun məlumatına görə, möhtəşəm atəşfəşanlıq Göyərçin abidəsinin yaxınlığında baş tutub. Rəngarəng görüntüləri izləmək üçün yüzlərlə şəhər sakini parkda toplaşıb. Atəşfəşanlıq gecə səmasını bəzəyərək yubiley sevincini yaşayan sumqayıtlılara unudulmaz anlar yaşadıb.
Fotoqalereya
1 / 4Sumqayıtın 77-ci ildönümü atəşfəşanlıqla qeyd olunub
Qeyd edək ki, 1949-cu il noyabrın 22-də şəhər statusu alan Sumqayıt 77 il ərzində böyük inkişaf yolu keçib. Bu gün şəhər özünəməxsus gözəlliyi, müasir görünüşü və dinamik inkişafı ilə seçilir.
Doğma şəhərin yubileyini bayram əhval-ruhiyyəsində qeyd edən sakinlər üçün atəşfəşanlıq əlamətdar günə xüsusi rəng qatıb.
Oxşar xəbərlər

Siyasət
Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək
Report.az · 22 noyabr 2026, 20:47

Siyasət
Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır
Report.az · 22 noyabr 2026, 20:47

Siyasət
Şamaxıda "Gənclik Yolunda" layihəsinin açılış mərasimi keçirilib
Report.az · 22 noyabr 2026, 15:46
