Azər Məmmədov: "Kəpəz" – "Qarabağ" oyunundakı heç-heçə ədalətli nəticə olub"
22 noyabr 2026, 19:47 · Mənbə: Report.az

"Kəpəz" – "Qarabağ" matçında qeydə alınan heç-heçə ədalətli nəticə olub.
Azər Məmmədov: "Kəpəz" – "Qarabağ" oyunundakı heç-heçə ədalətli nəticə olub"
Yeniliklərdən dərhal xəbərdar olun!
"Kəpəz" – "Qarabağ" matçında qeydə alınan heç-heçə ədalətli nəticə olub.
"Report"un Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının XII turunda "Qarabağ"a qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis güclü rəqibə qarşı mübarizə apardıqlarını bildirib:
"Bu gün çox güclü komandaya qarşı oynadıq. "Qarabağ" Azərbaycan futboluna böyük töhfələr verib. İlk hissədə real qol fürsətlərimiz oldu. Əlimizə düşən imkanlardan yararlana bilsəydik, "Qarabağ"a qalib gələ bilərdik. Görüşün ədalətli nəticəsi heç-heçə idi. Komandamız ən yaxşı oyunlarından birini göstərdi".
Qeyd edək ki, "Kəpəz" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə başa çatıb.
Oxşar xəbərlər


İdman
"Kəpəz" - "Qarabağ" oyununda topa rəmzi toxunuş olub, matçı 16 minə yaxın azarkeş izləyir
Report.az · 22 noyabr 2026, 17:47

İdman
"Araz-Naxçıvan"a qalib gələn "Neftçi" turnir cədvəlində vahid liderə çevrilib
Report.az · 22 noyabr 2026, 16:47
