Fransalı muzeyçi nadir Mozart əlyazmasını tapıb
Fransanın Milli Kitabxanasında Wolfgang Amadeus Mozartın dərs verdiyi dövrdən qalmış, yayımlanmamış əsərlər toplusu aşkar edilib. Həmin əsərlər ilk dəfə olaraq Radio France Filarmoni Orkestrinin üzvləri tərəfindən ifa ediləcək.
Fransanın Milli Kitabxanasında nadir xəzinə tapılıb: Wolfgang Amadeus Mozartın musiqi dərsləri zamanı yazdığı, daha əvvəl nəşr olunmamış əsərlərdən ibarət dəftər. Bu əsərlər ilk dəfə Radio France filarmoniya orkestrinin iki musiqiçisi tərəfindən ifa ediləcək. İfa Fête de la Musique adlı musiqiyə həsr olunmuş, hər il 21 iyunda təşkil olunan tədbir zamanı təqdim olunacaq.



