Çin dünyanın ən sürətli superkompüterinə sahib oldu
Çin 2018-ci ildən sonra ilk dəfə dünyanın ən sürətli superkompüterinə sahib olub. Yeni "LineShine" sistemi ABŞ-a məxsus "El Capitan"ı TOP500 siyahısında ön sıradan çıxarıb.
Ticarət məhdudiyyətlərinə baxmayaraq, Çin 2018-ci ildən sonra ilk dəfə dünyanın ən sürətli superkompüterinə sahib olub. "LineShine" adlı superkompüter TOP500 siyahısında ABŞ-a məxsus "El Capitan" sistemini geridə qoyub. ABŞ şirkətləri yüksək güclü hesablama komponentlərinin Çinə satılmasına ciddi məhdudiyyətlər qoysa da, Amerika hələ də TOP500 siyahısında ən güclü beş sistemdən üçünə sahibdir. "LineShine" müasir superkompüterlərin təməlini təşkil edən GPU-lardan istifadə etmir.
TOP500 siyahısında birinci yerə çıxmaq təkcə üstünlüyü göstərmir, həm də Çin hökumətinin ABŞ-a ünvanladığı mesajdır. Tramp administrasiyası "NVIDIA" kimi şirkətlərdən Çinin çiplərə çıxışını məhdudlaşdırmağa çalışıb və ölkəyə gətirilən məhsullara yüksək tariflər tətbiq edib. Çin isə buna cavab olaraq daha asan əldə edilə bilən və ümumi CPU-ları istifadə etməklə superkompüter hazırlayıb. "LineShine" təxminən 45 minədək LX2 prosessorundan ibarətdir. Hər biri 304 nüvəli və 1,55 GHz sürətlə işləyir, xüsusi yüksək sürətli və aşağı gecikməli LingQi şəbəkəsi ilə birləşib.
"LineShine" 2 min ekzasayan (exaflop) güc həddini keçən ilk superkompüter olub və TOP500 siyahısında ikinci yerdəki "El Capitan"dan 20 faiz daha sürətlidir. Lakin enerji sərfi cəhətdən daha tələbkardır; 42,2 meqavat enerji istehlak edir ki, bu da "El Capitan"ın 29,7 meqavatından xeyli yüksəkdir.



