TopXəbər

AP: Tramp ABŞ-nin Yunanıstandakı səfirinin istefası ehtimalını nəzərdən keçirir

12 oktyabr 2026, 07:16 · Mənbə: Report.az

AP: Tramp ABŞ-nin Yunanıstandakı səfirinin istefası ehtimalını nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio qeyri-münasib davranışı ilə bağlı yayılan məlumatlara görə amerikalı diplomat Kimberli Gilfoylun Yunanıstandakı səfir vəzifəsindən kənarlaşdırılması imkanını nəzərdən keçirirlər.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio qeyri-münasib davranışı ilə bağlı yayılan məlumatlara görə amerikalı diplomat Kimberli Gilfoylun Yunanıstandakı səfir vəzifəsindən kənarlaşdırılması imkanını nəzərdən keçirirlər.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Tramp və Rubio diplomatın davranışı ilə bağlı yayılan məlumatlardan ciddi narazılıq keçirirlər.

Gilfoylun gələcək fəaliyyəti ilə bağlı qərarın ABŞ-də oktyabrın 12-də qeyd olunan Kolumb Günü bayramından sonrakı bir həftə ərzində veriləcəyi gözlənilir.