Qazaxıstanda ali məktəblərə mina yerləşdirilməsi barədə təhdid məktubları daxil olub
20 oktyabr 2026, 12:17 · Mənbə: Report.az

Almatının müxtəlif rayonlarında yerləşən 3 ali təhsil müəssisəsi minalanma ilə bağlı təhdidlər alıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Almatının müxtəlif rayonlarında yerləşən 3 ali təhsil müəssisəsi minalanma ilə bağlı təhdidlər alıb.
"Report" Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə şəhərin polis departamentindən bildirilib.
Məlumata görə, hadisə yerlərinə təcili xidmətlər göndərilib. Mütəxəssislər zəruri təhlükəsizlik tədbirlərinə riayət etməklə binalara və ətraf ərazilərə kompleks baxış keçiriblər.
Media bildirib ki, ali məktəblərdən biri Beynəlxalq Biznes Universitetidir, onun elektron poçtuna binada partlayıcı qurğunun yerləşdirilməsi barədə məktub daxil olub.
Əldə olan məlumata görə, mühafizə xidməti və sahə polis müfəttişləri tərəfindən binaya baxış keçirilməsinə qərar verilib. Yoxlamadan sonra dərslər davam etdirilib.
Oxşar xəbərlər

Dünya
Çin XİN başçısı Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin həlli üçün dialoqa çağırıb
Report.az · 20 oktyabr 2026, 08:47

Dünya
Tramp İrana qarşı hərbi əməliyyatı dərhal başa çatdırmağın mümkün olduğunu bildirib
Report.az · 20 oktyabr 2026, 07:46

Dünya
Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
Report.az · 20 oktyabr 2026, 07:17

Dünya
ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır
Report.az · 20 oktyabr 2026, 06:47