TopXəbər

"Bild": Hakerlər Almaniyada partiyaya aid 420 mindən çox elektron məktubu oğurlamış ola bilərlər

20 oktyabr 2026, 05:47 · Mənbə: Report.az

"Bild": Hakerlər Almaniyada partiyaya aid 420 mindən çox elektron məktubu oğurlamış ola bilərlər

Almaniyanın "Almaniya üçün Alternativ" (AfD) partiyası genişmiqyaslı haker hücumuna məruz qalıb ki, nəticədə yüz minlərlə elektron məktubun, eləcə də partiya nümayəndələrinin şəxsi sənədlərinin internetə sızmış ola biləcəyi bildirilir.

"Bild": Hakerlər Almaniyada partiyaya aid 420 mindən çox elektron məktubu oğurlamış ola bilərlər

  • 20 oktyabr, 2026
  • 05:29
  • Yeniliklərdən dərhal xəbərdar olun!

    Almaniyanın "Almaniya üçün Alternativ" (AfD) partiyası genişmiqyaslı haker hücumuna məruz qalıb ki, nəticədə yüz minlərlə elektron məktubun, eləcə də partiya nümayəndələrinin şəxsi sənədlərinin internetə sızmış ola biləcəyi bildirilir.

    "Report"un "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, partiya nümayəndələri kiberhücum faktını təsdiqləyiblər, lakin mümkün məlumat sızmasının miqyasını dəqiqləşdirməyiblər.

    Nəşrin məlumatına əsasən, naməlum şəxslər partiyanın elektron poçt hesablarını sındıraraq əldə etdikləri materialları internetdə yayıblar. İlkin ehtimallara görə, söhbət ümumi həcmi 281 giqabayt olan 421 179 elektron məktubdan gedir.

    Məktubların ehtimal olunan göndəriciləri arasında AfD-nin həmsədri Alis Vaydel, partiyanın fəxri sədri Aleksandr Qauland və Bundestaqın deputatı Leyf-Erik Holm kimi tanınmış siyasətçilər də var.

    İxtisaslaşmış saytlardan birində məktubların məzmunu barədə süni intellekt vasitəsilə hazırlanmış qısa icmallar da dərc olunub.

    "Bild" jurnalistləri dərc edilmiş materiallara məhdud çıxış əldə etdikdən sonra onların arasında partiya nümayəndələrinin şəxsi sənədlərini aşkar ediblər. Bunlara Bundestaqdakı AfD fraksiyası sədrinin müavini Markus Frohnmayerin şəxsiyyət vəsiqəsinin fotoları, maliyyə sənədləri, bank çıxarışları, diplomlar, partiyaya üzvlük ərizələri və Şimali Reyn-Vestfaliya federal torpağındakı yerli təşkilatların üzvlərinin siyahıları daxildir.

    "2026-cı ilin sentyabrında partiyamızın hostinq provayderinə haker hücumu olub. Görünür, bu zaman bir neçə elektron poçt qutusunun məzmununun müəyyən hissələri qanunsuz şəkildə köçürülüb. Həmin qutuların əksəriyyəti artıq uzun illərdir istifadə edilmirdi", – deyə AfD nümayəndəsi bildirib.

    Onun sözlərinə görə, hücumu operativ şəkildə dayandırmaq mümkün olub və hadisədən təsirlənən bütün istifadəçilərə məlumat verilib. Bununla belə, partiyanın federal aparatının hazırda istifadə olunan elektron poçt qutularına zərər dəyməyib.

    AfD vurğulayıb ki, oğurlanmış yazışmaların internetdə dərc edilməsi ilə bağlı məlumatlar hazırda yoxlanılır. Açıqlanmış sənədlərin həqiqiliyi və onların sentyabrda baş vermiş kiberhücumla əlaqəsi hələ təsdiqlənməyib.