TopXəbər

Azər Abbasov: "Bank və notariuslar cinayət əlamətlərini müəyyən edərək hesabat təqdim etməlidir"

20 oktyabr 2026, 12:47 · Mənbə: Report.az

Azər Abbasov: "Bank və notariuslar cinayət əlamətlərini müəyyən edərək hesabat təqdim etməlidir"

Bank və notariuslar cinayət əlamətlərini müəyyən edərək hesabat təqdim etməlidirlər.

Azər Abbasov: "Bank və notariuslar cinayət əlamətlərini müəyyən edərək hesabat təqdim etməlidir"

  • 20 oktyabr, 2026
  • 12:44
  • Yeniliklərdən dərhal xəbərdar olun!

    Bank və notariuslar cinayət əlamətlərini müəyyən edərək hesabat təqdim etməlidirlər.

    "Report" xəbər verir ki, bunu Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədrinin müavini Azər Abbasov Bakıda keçirilən Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) tədbirində bildirib.

    "Bu gün biz müəyyən tipli özəl təşkilatlardan dövlət funksiyalarının bir hissəsini icra etməyi, dövlətə kömək etməyi tələb edirik. Eyni zamanda, həmin biznes subyektlərindən qaydalarımıza və müəyyən etdiyimiz standartlara riayət etmələrini, özlərinin də qaydalar yaratmalarını və həmin qaydalara özlərinin əməl etmələrini tələb edirik. Effektiv qaydaların yaradılmaması isə dövlət tərəfindən müsbət qarşılanmır. Bu gün tətbiq olunan standartlar anqlosakson sistemindən gələn yanaşmaya əsaslanır. Bu fəlsəfə ondan ibarətdir ki, bank və kommersiya sirləri ilə bağlı bütün məlumatlar tamamilə dövlətə açıqlana bilməz. Bəs maliyyə və ya qeyri-maliyyə sektorunda risklər necə aşkar olunmalıdır? Fərdiləşdirilmiş məlumatlar dövlətə necə ötürülməlidir? Əsas sual budur", - o qeyd edib.

    A.Abbasov əlavə edib ki, bu zaman dövlət müəyyən həssas sahələrdə fəaliyyət göstərən subyektlər üçün əlavə öhdəliklər müəyyən edir: "Qanunvericiliklə onlardan müəyyən əməliyyatların monitorinqi və yoxlanılması mexanizmlərini qurmaq tələb olunur. Eyni zamanda, dövlət bu prosesə nəzarət edir. Təsəvvür edin ki, bu gün çirkli pulların yuyulmasına qarşı mübarizə (AML) sahəsində həyata keçirilən komplayens tədbirləri çərçivəsində bank və ya notarius ilkin olaraq cinayət əlamətlərinin müəyyən edilməsi ilə məşğul olur və bununla bağlı hesabat təqdim etməlidir. Müasir çağırışlar komplayens sahəsində tələblərin daha da sərtləşdirilməsini nəzərdə tutur. Maliyyə Monitorinqi Xidməti olaraq biz bu prosesi davamlı şəkildə izləyir, baş verən dəyişiklikləri nəzərə alır və əldə etdiyimiz məlumatları auditoriyaya çatdırırıq. Bu, bizim əsas prioritetlərimizdən biridir.

    Çünki bu gün maliyyə sistemi fərdi deyil, qlobal xarakter daşıyır. Mövcud pul köçürmə sistemlərinin sürəti və digər amillər dövlətlər qarşısında da müəyyən tələblər qoyur. Dövlətlər öz maliyyə sistemlərinin sağlamlığını qorumaq üçün müvafiq tədbirlər görməlidirlər".