TopXəbər

Biləsuvarda avtomobil aşıb, ölən və yaralanan var

20 oktyabr 2026, 09:47 · Mənbə: Report.az

Biləsuvarda avtomobil aşıb, ölən və yaralanan var

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı avtomobil aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Avtomobildə olan 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

YENİLƏNİR