ARDNF investisiya portfelində Avropa ölkələrinin payını azaldıb
20 oktyabr 2026, 12:17 · Mənbə: Report.az

Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyalarında Avropa ölkələrinin payı 26,3 % olub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyalarında Avropa ölkələrinin payı 26,3 % olub.
Bu barədə "Report" Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 2,8 faiz bəndi azdır.
Hesabat dövründə portfeldə Şimali Amerika regionu ölkələrinin payı 2,6 faiz bəndi artaraq 27,4 %, Asiya regionu ölkələrinin payı 1 faiz bəndi artaraq 9,5 %, Yaxın Şərq regionu ölkələrinin payı 0,5 faiz bəndi artaraq 1,9 %, Avstraliya və Yeni Zelandiyanın payı 0,1 faiz bəndi artaraq 1,1 % olub, Latın Amerika regionunun payı isə dəyişməyərək 0,1 % qalıb.
ARDNF-in investisiyalarında beynəlxalq maliyyə təşkilatlarının payı 0,9 faiz bəndi azalaraq 1,4 %, qızılın payı isə əvvəlcədən deyildiyi kimi, 0,5 faiz bəndi azalaraq 32,3 % olub.
Bu il oktyabrın 1-nə ARDNF-in investisiya portfelinin ümumi dəyəri 74 milyard 3 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il oktyabrın 1-i ilə müqayisədə 5,5 % çoxdur. Hesabat tarixinə Fondun aktivləri isə 74 milyard 4 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 5,5 % çoxdur.
Oxşar xəbərlər

İqtisadiyyat
Azər Abbasov: "Bank və notariuslar cinayət əlamətlərini müəyyən edərək hesabat təqdim etməlidir"
Report.az · 20 oktyabr 2026, 12:47

İqtisadiyyat
ARDNF-in investisiya portfelində dolların payı 71 %-ə yaxınlaşıb
Report.az · 20 oktyabr 2026, 11:47

İqtisadiyyat
ARDNF 9 ayda AÇG-nin işlənməsindən 6,5 milyard manatdan çox gəlir əldə edib
Report.az · 20 oktyabr 2026, 11:17

İqtisadiyyat
Azərbaycanın Dünya Bankı və IMF-in İllik Toplantılarında iştirakı başa çatıb
Report.az · 20 oktyabr 2026, 10:47