TopXəbər

ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır

20 oktyabr 2026, 06:47 · Mənbə: Report.az

ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır

ABŞ-ın Quru Qoşunları Avropada hərbi münaqişə baş verəcəyi təqdirdə yüksəklik aerostatlarından kütləvi şəkildə istifadə imkanını nəzərdən keçirir.

Yeniliklərdən dərhal xəbərdar olun!

ABŞ-ın Quru Qoşunları Avropada hərbi münaqişə baş verəcəyi təqdirdə yüksəklik aerostatlarından kütləvi şəkildə istifadə imkanını nəzərdən keçirir.

"Report"un "The War Zone" portalına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ generalı Stiven Karpenter bildirib.

Onun sözlərinə görə, aerostatlardan məlumatların ötürülməsi və silah sistemlərinin işə salınması da daxil olmaqla, müxtəlif hərbi tapşırıqların yerinə yetirilməsi üçün istifadə oluna bilər.

Avropada silahlı münaqişə baş verəcəyi təqdirdə bu aparatların yüzlərlə, hətta minlərlə vahidinin hərbi əməliyyatlar teatrına göndərilməsi nəzərdə tutulur.

"Biz stratosferi yüksəklik aerostatları ilə doldurmaq istərdik. Eyni vaxtda 200–300 belə aparatın yerləşdirilməsini nəzərdə tuturuq", – Karpenter bildirib.