Azərbaycanın Dünya Bankı və IMF-in İllik Toplantılarında iştirakı başa çatıb
20 oktyabr 2026, 10:47 · Mənbə: Report.az

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) 2026-cı il üzrə İllik Toplantılarında iştirakı başa çatıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) 2026-cı il üzrə İllik Toplantılarında iştirakı başa çatıb.
"Report" AMB-yə istinadən xəbər verir ki, Tailandın paytaxtı Banqkokda keçirilən İllik Toplantılar çərçivəsində nümayəndə heyəti Azərbaycanın da təmsil olunduğu Seçki Qrupunun iclasında çıxış edib, mərkəzi bank rəhbərlərinin görüşündə və Tailandın Baş nazirinin qəbulunda iştirak edib.
Dörd gün davam edən səfər çərçivəsində həmçinin Dünya Bankı və IMF-in rəhbər şəxsləri, mərkəzi banklar, maliyyə sektorunu tənzimləyən qurumların rəhbərləri, qiymətli kağızlar bazarı üzrə qlobal standartları müəyyən edən təşkilatlar və beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib.
Görüşlər zamanı maliyyə sektorunun aktual gündəliyində yer alan məsələlər, qlobal iqtisadi və maliyyə prosesləri, eləcə də qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
İllik Toplantılarda və ikitərəfli görüşlərdə iştirak Mərkəzi Bankın beynəlxalq maliyyə institutları və xarici tərəfdaşlarla əməkdaşlıq gündəliyinin müzakirəsi, qlobal iqtisadi və maliyyə prosesləri üzrə fikir mübadiləsinin aparılması, eləcə də maliyyə sektorunun aktual inkişaf istiqamətlərinin nəzərdən keçirilməsi baxımından əhəmiyyət kəsb edib.
Oxşar xəbərlər

İqtisadiyyat
ARDNF 9 ayda AÇG-nin işlənməsindən 6,5 milyard manatdan çox gəlir əldə edib
Report.az · 20 oktyabr 2026, 11:17

İqtisadiyyat
Cənubi Koreya şirkəti dəmir yollarının rəqəmsallaşdırılmasında Azərbaycana kömək edəcək
Report.az · 20 oktyabr 2026, 09:47

İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (20.10.2026)
Report.az · 20 oktyabr 2026, 09:17
