XRİTDX rəis müavini: "Rəqəmsal təhdidlərə qarşı beynəlxalq əməkdaşlıq vacibdir"
20 oktyabr 2026, 10:17 · Mənbə: Report.az

Azərbaycanda süni intellekt texnologiyalarının dövlət idarəetməsində istifadəsi, rəqəmsal potensialın artırılması və bu sahədə uyğun idarəetmə mexanizmlərinin yaradılması əsas prioritetlər arasında yer alır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda süni intellekt texnologiyalarının dövlət idarəetməsində istifadəsi, rəqəmsal potensialın artırılması və bu sahədə uyğun idarəetmə mexanizmlərinin yaradılması əsas prioritetlər arasında yer alır.
"Report" xəbər ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəis müavini Allahverən İsmayılov qurumun təşkilatçılığı ilə baş tutan Dövlət Qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.
O qeyd edib ki, 2025–2028-ci illər üçün hazırlanmış süni intellekt Strategiyası bu istiqamətdə fəaliyyət üçün əhəmiyyətli baza formalaşdırır: "Əsas vəzifə süni intellektin imkanlarından effektiv şəkildə yararlanmaqla yanaşı, onun tətbiqinin etibarlılığını, təhlükəsizliyini və məsuliyyətli şəkildə idarə edilməsini təmin etməkdir. Bu kontekstdə dövlət qurumlarında süni intellektlə bağlı risklərin aşkarlanması və dəyərləndirilməsi xüsusi önəm kəsb edir.
Buna görə də dövlət informasiya sistemlərinin mühafizəsi yeni texnologiyaların inkişafından geri qalmamalıdır. Əksinə, təhlükəsizlik tələbləri bu texnologiyaların həyata keçirilməsinin başlanğıc mərhələsindən etibarən nəzərə alınmalıdır. Bu prinsip risklərin yalnız hadisə baş verdikdən sonra aradan qaldırılmasını deyil, onların qabaqcadan müəyyən edilməsini, ehtimal olunan təsirlərinin analiz olunmasını və profilaktik tədbirlərin reallaşdırılmasını tələb edir".
A.İsmayılovun fikrincə, bütün bu problemlərin həlli yalnız milli miqyasda həyata keçirilən tədbirlərlə məhdudlaşa bilməz: "Çünki rəqəmsal mühitdə təhdidlər sərhəd tanımır. Bu səbəbdən beynəlxalq əməkdaşlıq, təcrübə paylaşımı, müasir metodların tətbiqi və ümumi risklərə qarşı koordinasiyalı fəaliyyət kiberdayanıqlılığın fundamental şərtlərindəndir. Bu gün təşkil olunan Zirvə toplantısı da məhz belə bir dialoq üçün vacib platformadır. Əminəm ki, bu gün təcrübə və fikirlərimizi bölüşməklə süni intellekt risklərinin mövcud informasiya təhlükəsizliyi və risklərin idarə olunması çərçivələrinə necə daxil edilə biləcəyinə dair daha dəqiq anlayış yarada biləcəyik".
Oxşar xəbərlər

Texnologiya
ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb
Report.az · 19 oktyabr 2026, 19:47

Texnologiya
Savannah polisləktoru Flock giriş məlumatlarını ərinə verdi
The Verge · 19 oktyabr 2026, 02:47

Texnologiya
Benchmark tərəfdaşları Sən-Fransiskoda investisiya strategiyalarını açıqlayıb
TechCrunch · 19 oktyabr 2026, 01:18

Texnologiya
Anthropic paylarının 5 faizini ictimai xeyir fondu üçün ayırır
TechCrunch · 19 oktyabr 2026, 00:47