"Sizin Lombard"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb
26 oktyabr 2026, 16:17 · Mənbə: Report.az

Oktyabrın 30-da "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda "Sizin Lombard" brendi ilə daşınar əşyalar girov qoyulması müqabilində qısamüddətli kreditlər verən "GL" ASC-nin 6,9 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının 500 min manatlıq tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
Oktyabrın 30-da "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda "Sizin Lombard" brendi ilə daşınar əşyalar girov qoyulması müqabilində qısamüddətli kreditlər verən "GL" ASC-nin 6,9 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının 500 min manatlıq tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 5 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 7 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək.
Prosesin anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Oxşar xəbərlər

İqtisadiyyat
Azərbaycan Seneqalla enerji sahəsində əməkdaşlığı müzakirə edib
Report.az · 26 oktyabr 2026, 15:17

İqtisadiyyat
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 34 %-dən çox artıb
Report.az · 26 oktyabr 2026, 14:17

İqtisadiyyat
Azərbaycan İtaliyaya neft satışından qazancını 10 %-dən çox artırıb
Report.az · 26 oktyabr 2026, 13:48
