Azərbaycanda həyat sığortası üzrə ödənişlər 34 %-dən çox artıb
26 oktyabr 2026, 14:17 · Mənbə: Report.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 704,525 milyon manat sığorta haqqı toplanılıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 704,525 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,5 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 34,3 % artaraq 650,712 milyon manata çatıb.
Beləliklə, 9 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 92,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 73,9 manat təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 248,485 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,9 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 882,723 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,1 % çoxdur.
9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 70,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 59,1 manat olub.
Oxşar xəbərlər

İqtisadiyyat
"Sizin Lombard"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Report.az · 26 oktyabr 2026, 16:17

İqtisadiyyat
Azərbaycan Seneqalla enerji sahəsində əməkdaşlığı müzakirə edib
Report.az · 26 oktyabr 2026, 15:17

İqtisadiyyat
Azərbaycan İtaliyaya neft satışından qazancını 10 %-dən çox artırıb
Report.az · 26 oktyabr 2026, 13:48
