"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
3 noyabr 2026, 19:47 · Mənbə: Report.az

İtaliyanın "Yuventus" klubu heyətində icarə əsasında çıxış edən qapıçı Qulyelmo Vikarionu İngiltərə "Tottenhem"indən transfer etməyi planlaşdırır.
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Yuventus" klubu heyətində icarə əsasında çıxış edən qapıçı Qulyelmo Vikarionu İngiltərə "Tottenhem"indən transfer etməyi planlaşdırır.
"Report" "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi 30 yaşlı qolkiperin oyunundan və liderlik keyfiyyətlərindən razıdır.
Oyunçunun keçidi praktiki olaraq həll olunmuş hesab edilir. Rəhbərliyin bu qərarına digər qapıçı Kamil Qrabaranın zədələnməsi də təsir göstərib.
"Yuventus" Q.Vikarionu 2026-cı ilin avqustunda mövsümün sonunadək icarəyə götürüb. Müqavilə şərtlərində 8 milyon avroya satınalma hüququ da nəzərdə tutulub.
Qeyd edək ki, qolkiper 2026/2027 mövsümündə keçirdiyi 12 matçın 5-də qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" portalı onun dəyərini 12 milyon avro olaraq qiymətləndirir.
Oxşar xəbərlər

İdman
"Mançester Yunayted" Nussair Mazrauini buraxmaq niyyətində deyil
Report.az · 15 noyabr 2026, 16:17

İdman
Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb
Report.az · 15 noyabr 2026, 12:17


İdman
UEFA Millətlər Liqası: Fransa Türkiyəni, İspaniya İngiltərəni qəbul edəcək
Report.az · 15 noyabr 2026, 09:17