Dövlət Xidməti: Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
24 noyabr 2026, 17:17 · Mənbə: Report.az

Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin birinci mərtəbəsində qanunsuz müdaxiləyə yol verilib, giriş qapısının sökülərək şüşə konstruksiya ilə əvəz olunub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin birinci mərtəbəsində qanunsuz müdaxiləyə yol verilib, giriş qapısının sökülərək şüşə konstruksiya ilə əvəz olunub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, hazırda müdaxilə faktı ilə bağlı araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.
"Eyni zamanda, abidəyə dəymiş ziyanın ödənilməsi və onun ilkin görkəminə qaytarılması istiqamətində işlər davam etdirilir.
Bir daha bütün vətəndaşları, o cümlədən tarix və mədəniyyət abidələrinin mülkiyyətçiləri və istifadəçilərini mədəni irsimizə həssas yanaşmağa, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsinə çağırırıq" - deyə, dövlət xidmətinin məlumatında vurğulanıb.
Oxşar xəbərlər


Dünya
Ukrayna ABŞ Konqresinə hərbi dəstək və sanksiyalarla bağlı müraciət planlaşdırır
Report.az · 24 noyabr 2026, 16:17

Dünya
"Vahid Neytral Gürcüstan" Aİ-yə üzvlük məsələsində milli maraqların nəzərə alınmasını vacib sayır
Report.az · 24 noyabr 2026, 13:47

Dünya
Ukrayna və Almaniya kəşfiyyat PUA-larının birgə istehsalını quracaq
Report.az · 24 noyabr 2026, 12:47