Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu
24 noyabr 2026, 18:17 · Mənbə: Report.az

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistan ərazisində tarixən azərbaycanlıların yaşadığı Kiçik Ayrım kəndinin tarixi haqqında araşdırma hazırlanıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistan ərazisində tarixən azərbaycanlıların yaşadığı Kiçik Ayrım kəndinin tarixi haqqında araşdırma hazırlanıb.
"Report" xəbər verir ki, adı Ayrım türk tayfası ilə bağlı olan kənd 1995-ci ildən Ermənistan Respublikasının Lori vilayətinin tərkibindədir.
Sovet dövründə salınan Kiçik Ayrım kəndi əvvəlcə Allahverdi rayonunun, sonradan isə Tumanyan adlandırılan rayonun tərkibində olub. 1920-ci illərin ortalarına qədər kəndin əhalisi qonşu Böyük Ayrımın əhalisi ilə birlikdə hesaba alınıb, ayrı yaşayış məntəqəsi kimi isə statistik mənbələrdə 1926-cı ildən qeyd olunmağa başlayıb.
Fotoqalereya
1 / 3Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu
Erməni mənbələrinin məlumatlarına görə, 1980-ci illərin sonlarına qədər müxtəlif vaxtlarda kəndin ərazisində yalnız və ya əsasən azərbaycanlılar yaşayıblar: Zaven Korkotyanın "Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)" əsərinə əsasən, 1926-cı ildə kənddə hamısı azərbaycanlı olmaqla 88 nəfər, 1931-ci ildə isə 154 nəfər yaşayıb; A.P. Manvelyan və G.M. Martirosyanın "1831-1959-cu illərdə Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi" əsərinə görə, 1959-cu ildə burada əsasən azərbaycanlılardan ibarət 234 nəfər qeydə alınıb; T.X. Akopyan, St.T. Məlik-Baxşyan və O.X. Barseqyanın "Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti"nə əsasən isə 1970-ci ildə kənddə 420, 1979-cu ildə 388, 1989-cu ildə isə 91 nəfər yaşayıb.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar Ermənistan SSR ərazisindən tamamilə qovulublar. Azərbaycanlıların deportasiyasından sonra kəndin ərazisinə ermənilər yerləşdiriliblər.
2021–2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün aparılan geniş sahə işləri zamanı kənddə məzar daşlarının bir hissəsinin salamat qaldığı, bəzilərinin isə təhqir olunduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib.
Oxşar xəbərlər

Siyasət
XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır
Report.az · 24 noyabr 2026, 18:47

Siyasət
Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər
Report.az · 24 noyabr 2026, 16:17

Siyasət
Şəkərli diabet xəstələri endokrinoloq tərəfindən 3 ayda 1 dəfə konsultasiya ediləcək
Report.az · 24 noyabr 2026, 15:47

Siyasət
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Report.az · 24 noyabr 2026, 15:17