TopXəbər

"Liverpul" İngiltərə Premyer Liqasında 700 qələbə qazanan üçüncü klub olub

23 noyabr 2026, 04:17 · Mənbə: Report.az

"Liverpul" İngiltərə Premyer Liqasında 700 qələbə qazanan üçüncü klub olub

İngiltərənin "Liverpul" klubu Premyer Liqa (APL) tarixində 700-dən çox qələbə qazanan üçüncü komanda olub.

Yeniliklərdən dərhal xəbərdar olun!

İngiltərənin "Liverpul" klubu Premyer Liqa (APL) tarixində 700-dən çox qələbə qazanan üçüncü komanda olub.

"Report" "Squawka" statistik portalına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi buna İngiltərə çempionatının 2026/2027 mövsümünün XI turunda doğma meydanda "Mançester Yunayted" üzərində böyükhesablı qələbə qazandıqdan sonra nail olub.

Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bundan əvvəl yalnız "Mançester Yunayted" və "Arsenal" 700 qələbə həddini keçib.

11 turdan sonra 21 xal toplayan "Liverpul" turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Səkkiz xalı olan "Mançester Yunayted" isə 19-cu yerdədir.

Növbəti turda "Liverpul" noyabrın 29-da "Everton"la qarşılaşacaq. "Mançester Yunayted" isə bir gün əvvəl "Brentford"la üz-üzə gələcək.