EBRD gənc sahibkarları dəstəkləmək üçün Azərbaycan bankları ilə əməkdaşlığı genişləndirir
24 noyabr 2026, 19:47 · Mənbə: Report.az

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) fəaliyyətdə olan tərəfdaş bankları, eləcə də Azərbaycanın yeni maliyyə təşkilatlarını "Biznesdə Gənclər" (Youth in Business - YinB) proqramına qoşulmağa çağırır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) fəaliyyətdə olan tərəfdaş bankları, eləcə də Azərbaycanın yeni maliyyə təşkilatlarını "Biznesdə Gənclər" (Youth in Business - YinB) proqramına qoşulmağa çağırır.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən proqramın təqdimatı zamanı EBRD-in Qafqaz üzrə direktoru Tomas Kayris (Tomas Kairys) bildirib.
"Biz həm çoxillik tərəfdaş banklarımıza, həm də yeni maliyyə strukturlarına müraciət edərək, Azərbaycanda, regional və qlobal səviyyələrdə biznesə başlamaq və onu genişləndirmək üçün ideya və cəhdlərə malik gənc sahibkarlara maliyyə resurslarının yönləndirilməsinə kömək etmək məqsədilə bu proqramın icrasına qoşulmağa çağırırıq", - T. Kayris deyib.
Bu təşəbbüs Avropa İttifaqının dəstəyi ilə EBRD tərəfindən həyata keçirilir və 35 yaşınadək sahibkarlara məxsus olan və ya onlar tərəfindən idarə edilən mikro, kiçik və orta müəssisələrə yönəlib. Regional direktorun aydınlaşdırdığı kimi, proqram yerli maliyyə institutları vasitəsilə maliyyələşmə əldə etmək imkanlarını fərdi məsləhət xidmətləri və biznesin inkişafına dəstək ilə birləşdirir.
EBRD isə maliyyə vəsaiti, ekspert potensialı və digər bazarlarda toplanmış təcrübəni təqdim edir.
"Biz Azərbaycanda formalaşdırdığımız möhkəm tərəfdaşlıq əlaqələrinə böyük önəm veririk və maliyyə sektoru, sahibkarlıq ictimaiyyəti və beynəlxalq tərəfdaşlarımızla sıx qarşılıqlı əlaqəyə köklənmişik. Ölkədəki fəaliyyətimiz daha rəqabətqabiliyyətli, çoxşaxəli və dayanıqlı etməyə çalışdığımız özəl sektora getdikcə daha fəal şəkildə fokuslanır", - T. Kayris vurğulayıb.
O, həmçinin layihənin icrasında Azərbaycan bazarının xüsusiyyətlərini dərindən dərk edən yerli bankların, eləcə də biznesin aparılması üçün əlverişli şəraitin formalaşdırılmasını təmin edən dövlət strukturlarının mərkəzi rol oynadığına diqqət çəkib.
Oxşar xəbərlər

İqtisadiyyat
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Report.az · 24 noyabr 2026, 17:47

İqtisadiyyat
AMB: Xüsusi məqsədli biznes kreditlərinə fərqli yanaşma olacaq
Report.az · 24 noyabr 2026, 17:17

İqtisadiyyat
Azərbaycanda kirayə mənzil fonduna daha 90 mənzil əlavə olunub
Report.az · 24 noyabr 2026, 16:47

İqtisadiyyat
Masato Kanda ADB-də ikinci səlahiyyət müddətinə Asiya üçün vahid gələcək konsepsiyası ilə başlayıb
Report.az · 24 noyabr 2026, 15:17